Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

    MÜƏLLİMLƏR YÜKSƏK HÖRMƏT VƏ TƏMİNATA LAYİQDİRLƏR

    Mətbuatda, saytlarda müəllim nüfuzu barədə ciddi müzakirələr gedir, “Azərbaycan” qəzetinin baş re-daktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ən çox sevdiyim “Ədalət” qəzetinin baş təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas və digər ziyalılar müzakirə olunan mövzuya öz münasibətlərini bildirirlər.
    Xəyalən mən də məktəb illərinə qayıdıram. O vaxt sinif müəllimimə yazdığım şeir yadıma düşdü:
    İlk dəfə məktəbə gəldiyim zaman,
    “Ana” kəlməsini öyrətdin mənə.
    Mən də öyrənərək o dəqiqə, hamən
    Övlad kimi sevdim min məhəbbətlə,
    Səni ikinci ana bildim məktəbdə.
    İndi müəllimə ikinci ana kimi baxan şagird varmı? Yenə də bir haşiyə çıxım.
    Sonbeşik qızım bir gün dərsdən gələndə dedi ki, “ana, müəllimlər bizi düz tərbiyə etmirlər”. Soruşdum niyə? Dedi ki, kim hədiyyə verirsə, onu tərifləyirlər. Bilmirlər bununla bizdə rüşvətə, yanlış tərifə maraq oyadırlar?
    O, bir qədər üsyankar uşaq idi. Hətta universitetdə oxuyanda müəllim bir uşağa haqsızlıq etmiş, bütün tələbələr müəllimə tərəf çıxmış, o isə müəllimə tələbənin düz elədiyini demiş və elə oradaca qeyd etmişdi ki, Siz özünüz də bilirsiniz ki, haqsızsınız. Ancaq əlinizdə qiymət yazan qələm var deyə, uşaqlar qoruxudan Sizin sözünüzü təsdiq edir.
    Və yadıma orta məktəb müəllimlərim – gözəl pedaqoq Sabir Paşayev, ədəbiyyat müəlliməmiz Almaz Əsgərova düşür. Sabir müəllimin ürəyi xəstə idi. Mən saatlarla dizimi yerə qoyub yalvarırdım ki, onun ürəyinin ağrısı mənə gəlsin, ona heç nə olmasın. Niyə? Çünki əsil pedaqoq idi. Şagirdinin ürəyinə yol tapmışdılar.
    Uşaqlar müxtəlif ailədə tərbiyə alırlar. Hər ailənin də öz qanunları olur. Müxtəlif qanunlarla idarə olunan ailələrdən çıxan uşaqlar məktəbdə bir qanun altında idarə olunur. Məncə, hazırda məktəblərdə psixoloqlar olsa da, onların çoxu öz işlərini yaxşı bilmir, şagirdlərə fərdi yanaşma yoxdur. Şagirdləri inandırmaqdan çox, onlara zorla nə isə qəbul etdirmək istəyirlər.
    Bu vaxt isə müəllim və şagird arasında uçurum yaranır. Mən müəllimlərin uşağa şiddət göstərməsinin əleyhinəyəm. Ancaq nəzərə almaq lazımdır ki, vaxtında vurulan “sillə” bəlkə də övladlarınızı gələcəkdə hansısa cinayəti törətməkdən çəkindirir. Və hər kəs öz valideynlərinin verdiyi tərbiyə və cəza üsuluna öyrəncəlidir.
    Müəllim peşəsi müqəddəsdir. Biz (söhbət 1969-1979-cu illərdən gedir) elə bilirdik ki, müəllim yemək yemir, çay içmir. Müəllim və şagird arasında belə bir pərdə var idi. İndi elə müəllimlər var ki, uşağa deyir ki, atana de mənə bir quzu göndərsin, yaxud başqa nə isə… Beləliklə də müəllim-şagird arasında pərdə götürülür. Və…
    Sosial şəbəkələrdə hansısa müəllimin şagirdə sillə vurması, hansısa müəllimin dərsində şagirdin müəllimə qarşı saymamazlığı ilə bağlı videolar yayılır. Bununla bağlı Təhsil Nazirliyi direktoru işdən çıxarır, yaxud müəllimə töhmət verir.
    Bununla məsələ həll olunurmu?
    Müəllim nüfuzunu qaldırmaq, onlara dəstək olmaq hər kəsin borcudur.
    Nəzərə almaq lazımdır ki, müəllimlərin də öz ailə qayğıları var. Əgər onlar yüksək maaş alsalar, dolanışıq qayğısından azad olub, şagirdlərinə daha yüksək səviyyədə bilik aşılayarlar. Əlbəttə, evdə minbir qayğısı olan müəllim dərsin tez qurtarmasını gözləyib, evə çatmağa tələsəcək, hansısa ailə qayğısını həll etməyə çalışacaq.
    Müəllimlər yüksək hörmətə, maddi təminata layiqdirlər. Biz isə övladlarımı-zın gələcəyini etibar etdiyi-miz insanlara hörmətlə yanaşmalıyıq.
    Svetlana Xəyalə

    Müəllif: Redaktor, 08:59

İsmarıclar bağlıdır.