Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Fev

    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yeni təyin edilmiş sədrinin təqdimatı keçirilib.
    Təqdimat mərasimində rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının tarixən zəngin və şərəfli inkişaf yolu keçdiyini bildirib. Rayon rəhbəri partiyanın yeni Nizamnaməsinin tələblərinə uyğun olaraq, YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarına əsasən, partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirərək, YAP Tərtər Rayon Təşkilatının sədri Əsədov Eldar Gəray oğlunu ictimaiyyətə təqdim edib. Rayon rəhbəri çıxışında YAP Tərtər Rayon Təşkilatının yeni sədri Eldar Əsədovun fəaliyyətindən danışıb, rayon təşkilatına sədr təyin olunması münasibətilə onu təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.
    Tədbirdə çıxış edən partiya fəalları YAP Tərtər Rayon Təşkilatının yaranma tarixindən danışıb, təşkilatın sədri təyin olunması münasibətilə Eldar Əsədovu təbrik ediblər.
    YAP Tərtər Rayon Təşkilatına sədr təyin olunmuş Eldar Əsədov göstərilən etimada görə ölkə başçısına və YAP rəhbərliyinə təşəkkürünü bildirərək, bundan sonra da Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini bildirib.

     

    Müəllif: Redaktor, 11:16

İsmarıclar bağlıdır.