Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev

    Dövlətlərarası münasibətləri tənzimləyən və qarşılıqlı hörmət, biri-birinin daxili işlərinə qarışmamaq prinsiplərini özündə əks etdirən sənədlərin imzalanmaya hazırlanması hərtərəfli təhlil tələb edir. Odur ki, Müttəfiqlik sənədinin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdən keçir. Prezident İlham Əliyev hələ Yeni  illə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.  Bu baxımdan Bəyannamənin imzalanması heç də yeni gündəmə çıxan məsələ deyil və  məsələnin  regionda gedən son proseslərlə əlaqələndirilməsi düzgün olmazdı.

    Rusiyanın dünyadan təcrid olunma səbəbi kimi iddia olunan  Ukrayna mövzusuna bu sənədin heç bir aidiyyatı yoxdur. Bu sənəd Rusiya ilə Azərbaycanın ikitərəfli münasibətlərini tənzimləyir.Bəyannamənin üçüncü ölkələrə münasibətə və ya xarici siyasi kursuna heç bir mənfi təsiri yoxdur. Eyni zamanda Azərbaycanın Rusiya ilə müttəfiqlik münasibətləri həm milli maraqlar baxımından, həm də yürüdülən müstəqil siyasətdə rəsmi Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə mane olmayacaq.

    Bir məsələni də anlamaq lazımdır ki,  Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və ölkəmiz qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlıdır. Məsələ heç də Putinə nəyin ehtiyac olmasında deyil. Azərbaycan özü maraqlıdır ki, xarici müdaxilələr üçün heç bir boşluq buraxmasın, öz müstəqilliyini daha da gücləndirsin və bu tarazlaşdırılmış siyasət Azərbaycanın milli maraqlarını qoruyur və təmin edir.

    Eldar Əsədov,

    YAP Tərtər rayon

    Təşkilatının sədri

     

    Müəllif: Redaktor, 13:19

İsmarıclar bağlıdır.