Bu kimi fikirlər olduqca əsassız iddiadır. Əksinə, Azərbaycan məhz hər hansı ittifaqı nəzərdə tutan inteqrasiya proseslərinə (RF-Belarus İttifaqı) qoşulmadığına görə, RF ilə ikitərəfli sənəd imzalayır. Avropa İitifaqı ilə münasibətlərdə də analoji vəziyyət yarandıgından , Azərbaycan “Şərq tərəfdaşlığı” proqramına deyil, ikitərəfli sazişin bağlanmasına üstünlük verdi və artıq bu istiqamətdə çox ciddi irəliləyişlər var. Müqavilə ilə tərəflərin toxunulmazlığına, ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə zəmanət verən sənəd necə “SSRİ-nin bərpası”nı şərtləndirə bilər?
Birmənalı şəkildə qəbul etmək lazımdır ki, bundan sonra SSRİ-nin hər hansı şəkildə bərpası, geriyə qayıdış mümkün deyil. Müttəfiqlik sazişi ilə ittifaq sazişini eynişəldirənlər ciddi şəkildə yanılırlar.
Qərəzkarlar Prezident İlham Əliyevin fevralın 2-də gənclərlə görüşündə SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi hadisələri barədə söylədiklərinə , Prezidentin bir sıra Sovet rəhbərlərinin Azərbaycan xalqına qarşı xəyanətini vurğulamasına diqqət yetirsələr, kimlərinsə Azərbaycan hakimiyyətinin SSRİ-ni bərpa etmək prosesində guya iştirakı barədə danışması, yəqin ki, onların bütövlükdə Azərbaycan dövlətinin yürütdüyü siyasətdən bixəbəliklərindən qaynaqlanır.
Eldar Əsədov,
YAP Tərtər Rayon
Təşkilatının sədri