Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev

    Zülmün topu var, gülləsi var, qalası varsa,
    Haqqın da bükülməz qolu, dönməz üzü vardır
    Göz yumma günəşdən nə qədər nuri qalarsa,
    Sönməz, əbədi hər gecə-nin gündüzü vardır!

    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Dinc əhaliyə erməni silahlı dəstələri divan tutdular.
    Xocalıya 3 istiqamətdən hücum edildiyindən əliyalın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Qarlı aşırımları keçə bilməyən, meşələrdə donmuş, taqətdən düşmüş insanların çoxu erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla məhv edilmişdi.
    Bu qətliam Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə siyasəti idi.
    Xocalının işğalından 30 il keçməsinə baxmayaraq, erməni faşistlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər bir an belə unudulmur. Əksinə, qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı soyqırım törədənlərə nifrət günü-gündən artır. 44 günlük davam edən müharibədə qalib gələn müzəffər ordumuz Ermənistan silahlı birləşmələrini darmadağın edərək, digər azad olunmuş torpaqlarla yanaşı Xocalının da 9 kəndini işğaldan azad etdi. Hərbçilərimiz qətlə yetirilən Xocalı sakinlərinin qisasını almaqla qanları ilə mərdlik, qəhrəmanlıq dastanları yazdılar.
    Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı döyüşləri nəticəsində Xocalı rayonunun aşağıda qeyd olunan kəndləri azad olunmuşdur. 7 oktyabr 2020-ci ildə Qarabulaq və Moşxmaat kəndləri, 9 noyabrda Dəmirçilər, Çanaqçı, Mədətkənd və Sığnaq kəndləri, 10 noyabrda Şuşakənd, Muxtarkənd və Daşaltı kəndləri.
    Döyüş meydanında “qanaqan” deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalan-dırdıqları üçrəngli bayraqlarımız soyqırımın qurbanlarına xalqımızın vəfa borcu, Ermənistana isə heç vaxt unuda bilmiyəcəyi tarixi dərs oldu.
    Bu il Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiy-yəsi ilə qeyd edilir.
    Qaçqın, köçkün sözləri “Böyük Qayıdış” ifadəsi ilə əvəz olunur. Bu, bizdə bö-yük ruh yüksəkliyi yaradır. Yaşamaq üçün stimul verir.
    “Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Xocalı qurbanlarını daim yad edəcək”,– deyən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirən, soyqırıma məruz qalan Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytarmaqla, xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazdı.

     Tahirə Quliyeva,
    R.Nuriyev adına 6 saylı tam
    orta məktəbin dil-ədəbiyyat müəllimi, Əməkdar müəllim

    Müəllif: Redaktor, 11:18

İsmarıclar bağlıdır.