Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Fev

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Umudov Elvin Natiq oğlu Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
    Elvin Umudov 2010-cu ildən Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Mülki Müdafiə Qərargahının inspektoru kimi iş fəaliyyətinə başlayıb. Sonradan rayon icra hakimiyyəti başçısının köməkçisi, rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçı rəhbəri vəzifələrində çalışıb.
    Təyinatla bağlı rayon icra hakimiyyətində Elvin Umudovun təq-dimat mərasimi keçirilib. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını sərəncamla tanış edib, Elvin Umudova fəaliyyətində uğurlar diləyib.
    Təqdimat mərasimində YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon icra hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şö-bəsinin müdiri Svetlana Əzizova, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Tərtər rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Tərtər şəhər Cümə məscidi Dini İcmasının sədri Sadiq Cəfərov, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, rayonun Səhlabad kənd İƏD üzrə nümayəndəsi Cəbrayıl Yusifov və başqaları çıxış edərək, yeni təyinat almış birinci müavinə öz xoş arzularını bildiriblər.
    Elvin Umudov ona göstərilən etimada görə Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib, bu etimada layiq olacağını bildirib.

     

    Müəllif: Redaktor, 12:04

İsmarıclar bağlıdır.