Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Keçən həftə od çərşənbəsini qeyd etdik. Təəssüf ki, həmişəki kimi tonqallar qalansa da, baharın gəlişinin sevincinə bir kədər də qatılmışdı. Axı, yenə də dünya çalxalanır, Ukraynada günahsız insanlar, körpələr qətlə yetirilir. Yer kürəsinin gözəl şəhərlərindən olan Kiyev, Xarkov, Odessada dəhşətli hadisələr yaşanır, nəninki hərbi, eləcə də mülki yaşayış binaları, xəstəxanalar aviasiya tərəfindən bombalanır.
    İnsanlar sığınacaqlarda, metrolarda körpə uşaqlarla birlikdə bu dəhşətlərin nə zaman bitəcəyini gözləyirlər. Hamilə qadınlar öz körpələrini sığınacaqlarda dünyaya gətirirlər. Təhlükəsiz yerə çıxmaq imkanı olmayan, yeriyə bilməyən qocalar, xəstələr həyəcan siqnallarının səsindən huşunu itirirlər.
    Müharibə haqqında çoxdan söhbət getsə də, heç kim belə bir qardaş qırğınına yol veriləcəyinə inanmırdı. Ona görə də evlərdəki ərzaq ehtiyatı tükənir, küçələrə isə çıxmaq mümkün deyil. İnsanların isə yadına heç nə düşmür, yalnız sülh və əmin-amanlıq istəyirlər.
    Xarkovlular özləri yazırlar ki, hazırda bu şəhərdən çıxmağa çalışmaq çox çətindir. Bu işdə həmin ölkədə yaşayan həmvətənlərimizə Azərbaycanın Uk-raynadakı səfirliyinin, Xarkovdakı konsulluğunun əməkdaşları, diaspor üzvləri kömək edirlər. İndiyədək yüzlərlə azərbaycanlı təhlükəsiz ərazilərə çıxarılıb.
    Azərbaycan dövləti həmçinin Ukrayna xalqına humanitar tibbi yardım göndərməklə, bu xalqın yaşadıqlarını bir qədər yüngülləşdirməyə çalışır.
    Bəşəriyyətin ən böyük arzusu sülhdür. Milyonlarla insan Ulu Tanrıdan tezliklə Ukrayna torpağında sülhün bərqərar olmasını istəyir. Müharibənin bütün ağrı-acılarını yaşamış insanlar kimi, biz tərtərlilər də bu arzuya qoşuluruq.
    Təəssüf ki, Rusiya və Ukrayna dövlətləri arasında danışıqlar hələ ki, heç bir nəticə verməyib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.