Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

                                                                        Müəllim kimdir?

    Gəlin sizə ən şərəfli peşələrdən olan, müəllimlik sənəti haqqında söz açım. Bəli, müəllimlik müqəddəs və şərəfli peşədir. Çünki, vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdirirlər. Həyatı anlayıb başa düşmək üçün bizə dəstək olurlar. Müəllim valideynlərimizdən sonra bizə ən doğma şəxsdir. O, bizə oxumağı, gələcəkdə ali savadlı bir şəxsiyyət kimi ayaqda durmağı, valideynlərimizin üzünə ağ olmamağı, həyatda hər zaman yardımsevər və tərbiyəli olmağı öyrədir. Buna görə də hər bir insan onları böyük ehtiram və hörmətlə xatırlayır.
    Bu peşə sahibləri cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmirik. Danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında təhsil işçilərinin əvəzsiz xidmətləri vardır. Valideynlə bərabər, bəlkə də, onlardan daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
    Keçmişini bilməyən gələcəyə addım ata bilməz. Məktəbdə bizə keçmişimizi öyrədirlər. Dərsə gəldiyimiz ilk günlərdən himnimiz, bayrağımız haqqında məlumat verir, keçmişdə olan hadisələrin mahiyyətini öyrətməyə başlayırlar. Azərbaycanın igid oğulları, Qarabağda canından keçmiş şəhidlər haqqında söhbətlər edirlər. Onlar kimi cəsur, igid bir insan, ən əsası da Vətənə layiqli bir şəxsiyyət olmağı öyrədirlər. Pedaqoq zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”.
    Müəllim, ey əziz, ey gözəl insan,
    Sənə nə söyləyim, olsun dəyərli?
    Dünyada elə bir ağac varmıdır,
    Əkdiyin ağactək ola bəhərli?
    Sizin haqqınızda nə desək də az olar. Lakin bilin ki, biz siz müəllimləri se-virik və heç vaxt da əziyyətinizi ödəyə bilmərik.

    Səbinə Quluyeva

     

    Müəllif: Redaktor, 09:32

İsmarıclar bağlıdır.