Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənc idmançılar və məşqçi müəllimlərlə görüş keçirib.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “Əməkdar məşqçi” Faiq Məmmədov, məşqçi müəllim Yavər Hüseynov, birinci MDB oyunlarının boks üzrə qalibi Aysu İsmayılova, boks üzrə Azərbaycan çempionu Elnur Abdullazadə, kikboksinq üzrə Azərbaycan çempionları Zaur Yusifov, Murad Qurbanov, Əli Cəfərzadə, Əli Abdullazadə, Telman Şirinov və Məhəmmədəli Quluyev iştirak ediblər.
    Görüşdə çıxış edən Müstəqim Məmmədov əvvəlcə idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
    Rayon rəhbəri ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sa-rayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb.
    Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “Əməkdar məşqçi” Faiq Məmmədov, məşqçi müəllim Yavər Hüseynov çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıblar.

     

     

     

    Müəllif: Redaktor, 10:20

İsmarıclar bağlıdır.