Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05Mar

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq şəhidlərin xatirəsinə ucaldılmış bulağın önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
    Sonra rayon rəhbəri çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
    Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, şəhid polkovnik-leytenant Raqif Orucovun dayısı Vahid Rəsulov və xatirə bulağının tikintisində zəhməti olan Ucar Abışov şəhidlərin Vətən müharibəsində göstərdikləri döyüş şücaətindən, gənclərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışıblar. Şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
    Məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səslən-dirilib.
    Sonra şəhidlərin xatirəsinə tikilmiş Xatirə bulağının açılışı olub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi “Xocavəndin azad olunmasına görə” medalı atasına və Vətən Müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli Elnur Salahov “Xocavəndin azad olunmasına görə” medalı isə özünə təqdim edilib.
    Mərasimdə iştirak edən Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:23

İsmarıclar bağlıdır.