Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Mar

    Zaman və  dövr keçdikcə  qarşıda yeni hədəflər qoyulur. Bu hədəflərin  uğurla icrası  aparılan islahatlar prosesini sürətləndirməyi tələb  edir. Bu gün  dövlətimizin  beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirilən  təkmil islahatların  məntiqi nəticəsidir.  Azərbaycanda  2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi də məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası  davamlı inkişafa böyük töhfələr verərək, yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edir. Bu cür təşəbbüslərdən biri də  ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan,  ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi olmuşdur. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib, özündə müasir çağırışların  tələblərini aydın şəkildə ifadə edir. Bu seçkilərdə iştirak edən  bütün siyasi qüvvələrin əldə etdikləri nəticələrinə əsasən   ölkəmizdə  çoxpartiyalı parlamenti  formalaşmışdır. Artıq  əminliklə demək olar ki, VI çağırış  Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi istiqamətində görülən  işlərdə Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açmasını  inamla qeyd edə bilərik.

    Şübhəsiz ki, həyata keçirilən dərin islahatlar kursunun demokratik dəyərlərin təşviqinin və parlamentarizm ənənəsinin möhkəmlənməsində möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi və yürütdüyü daxili və xarici siyasət öz müsbət rolunu oynayır. Ölkə başçısının 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasında çıxışı  mövcud siyasi mühit, siyasi münasibətlərin inkişafı, qanunvericilik işi sahəsində qarşıda duran vəzifələrlə bağlı fikirləri, Milli Məclisin gələcək fəaliyyətinin hədəf və prioritetlərini özündə ehtiva edən yol xəritəsini müəyyənləşdirmişdir.

       Eldar Əsədov,

    YAP Tərtər rayon

                                                                                                                                                                                   Təşkilatının sədri

     

     

     

    Müəllif: Redaktor, 14:48

İsmarıclar bağlıdır.