Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Möhtəşəm Beynəlxalq Poeziya Gününün baharın ilk günündə qeyd olunması səbəbindən bu başlığı seçdim. Bu bayramlar münasibətilə təbiət vurğunu olan şair xalqımızı təbrik edirəm.
    Ədəbiyyatımızın incilərindən olan poeziyanın sirli aləminə daldıqca oxucuda istər-istəməz bir sual yaranır: Poeziya nədir?!
    Bəzi mənbələrə görə poeziya “danışan rəsmlər” deməkdir. Poeziya bir fikrin nəzmlə deyilməsi, şairanə tərzdə çatdırılma vasitəsidir.
    Klassik şairlərin dünya arxivlərində qorunub saxlanan irsləri (kitablar və ya əlyazmalar) qədim dövrlərin cərəyanını təhlil etməkdə tarixçilərin ən yaxın bələdçiləridir. Şairlərin qüdrətiylə, qiraətçilərin obrazlı diksiyalarıyla, xa-nəndələrin məlahətli, şirin avazlarıyla ruhumuzu cilalayan, zövqümüzü oxşayan, mənəviyyatımızın tələblərini təmin eləyən də poeziya ecazkarlığıdır.
    Poeziyanın cazibəsi və sirri olduqca düşündürücüdür. Çünki, insanlar istər sevinəndə, istər qəmlənəndə, istərsə sevəndə özlərini daha çox poeziyada tapırlar. Şeriyyət ən çox bahar fəsli ilə yaxın, hətta mən deyərdim doğmadır. Bahar qədər tərənnüm olunan, vəsf edilən fəsil yoxdur. Musiqi ilə vəhdət yaradan şeirlər qışda da bahar təravətli olur.
    Mənim fikrimcə, zaman gələcək, fəsillərin bitib yenidən başlanmasını, təbiətin oyanmasını bütün Yer kürəsi “Yeni il” kimi qeyd edəcəkdir. O zaman bu əlamətdar günün adı “Poeziya və bahar” günü olacaqdır.
    Əslində bu birlik
    Başına döndüyüm ay gözəl pəri,
    Adətdir, dərərlər yaz bənövşəni
    deyən Dirili Qurbanidən ta bu günə qədər təbiət mövzusunda bir-birindən gözəl deyimlərlə zənginləşməkdədir.
    Bahar fəsli, yaz ayları gələndə,
    Süsənli, sünbüllü, laləli dağlar,
    deyən Dədə Ələsgərin,
    Süsənli, sünbüllü, tər bənövşəli
    Yaylaq, bizim yaylaqlara bənzərsən.
    deyən ustad Aşıq Alının,
    Burada bağ gülünün ləçəkləri var,
    Alı var, ağı var, göyçəkləri var.
    Burda çox çəmənin çiçəkləri var,
    Bənövşə, mən gəlim, sən gələcəksən?
    deyən Musa Yaqubun,
    Açıl bənövşəm, açıl.
    və ya,
    Sən mənə ömürsən, sən mənə bahar.
    deyən Məmməd Aslanın dillər əzbəri olan şeirləri şənliklər zinəti olmuşdur.
    Talaların göz muncuğu-bulaq var,
    Gül-çiçəyi dizlərimi qucaqlar.
    Məni elə sehirləyib bu dağlar,
    Bilməmişəm, ayaq üstə yatmışam.
    Tofiq Yusifin yaratdığı bu tablonu yaratmağa şairi yalnız bahar fəsli sövq edə bilər.
    Gör buludun əli harda,
    Çiçək açar su damlarda.
    Yaşıl səsdi adamlar da,
    Təbiətin yaz dilində.
    və yaxud
    Hər gül üstü bir arının iş yeri,
    Ləçəyində dodaq yeri, diş yeri.
    deyən Ramiz Qusarçaylının
    Öpüb ayılt bənövşəni,
    Təbiətin qız vaxtıdır.
    deyən Qasım Qasımzadənin könüllərini ilhamlandıran Baharın təravəti, gözəlliyi deyilmi?
    Çox çiçəyi həsəd odu dağlayıb,
    Gizli-gizli, için-için ağlayıb.
    Qurbani elə bir dəstə bağlayıb,
    Şeriyyət bənövşə qoxuyur elə…
    Mənim də bu bəndlə bitən şeirim bahara, təbiətə heyranlığın təsirindən yaranmışdır.
    Böyük şarimiz Səməd Vurğunun

    Bahar, istəklimsən başdan, binadan,
    Ən gözəl qızısan sən təbiətin.
    Xoşbəxt yaranmısan, xoşbəxt anadan.
    Gözünün odusan şeirin, sənətin,
    Ən gözəl qızısan sən təbiətin
    bu bəndlə başlanan şeiri illərdir ki, nəğmələşib dillər əzbərinə dönmüşdür.
    Əziz oxucular, hörmətli poeziyasevərlər, qüdrətli xalq şarimiz Hüseyn Arifin sevə-sevə dinlədiyimiz ən şirin nəğmələrimizdən olan
    Məndən təzə şeir xəbər alan dost,
    Bəs yazın gəlməsi şeir deyilmi?!
    Gəzməyə çıxanda çölün, çəmənin,
    Üzünə gülməsi şeir deyilmi?!

    şeiri bütövlükdə bizləri düşünməyə vadar edən “Poeziya nədir?” sualının cavabı deyilmi?!

    Talıb Məm mədli

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.