Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Axır çərşənbə günüdür. Hava isə qışı xatırladır. Narın qar yağır. Bunun özü də bərəkət rəmzidir.
    İlk dəfədir ki, kollektivimiz Novruzu yeni ünvanda qarşılayır. Adətdir, axır çərşənbədə yalnız yaxşı əhval-ruhiyyədə olmalı, dualar etməlisən. Bizim kiçik kollektivimizin üzvləri də hərə öz ürəyində Tanrıdan arzularının gerçəkləşməsini istəyir, ötən ildə qəzetimizin müntəzəm çıxmasına kömək edən insanlara, eləcə də abunə yazılan oxucularımıza cansağlığı arzulayırlar.
    Redaksiyamızla üzbəüz olan qonşularımızın həyət darvazası açılır və milli geyimdə, əlində bayram xonçası tutmuş uşaq bizə tərəf gəlir. Sevincimizin həddi-hüdudu yoxdur. Milli adətlərimizi yaşadan, hal-hazırda Novruzu ailəsi ilə deyil, Şuşa polisinin sıralarında bu gözəl şəhərdə qarşılayan Səbuhi Şirinova və onun ailəsinə “əhsən!” deyirik.
    Malikin kiçik əllərində ehtiyatla gətirdiyi bu bayram xonçası bizim üçün birliyimizin, mehribançılığımızın, sülhün, adət-ənənələrimizin unudulmamasının rəmzidir.
    Əminik ki, bu Novruz bizlərə sülh, cansağlığı gətirəcək. Qəzetimizin abunəsi daha da artacaq və təbii ki, maaşlarımız da yüksələcək.
    Bayramınız mübarək, əziz tərtərlilər!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:54

İsmarıclar bağlıdır.