Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Gənclər Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbirini həyata keçirib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nail Şəfizadə, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, həmçinin qazilər və gənclər iştirak ediblər.
    Tədbirin keçirilməsində məqsəd şəhid ailələrinin və qazilərin problemlərinin həllində köməklik etməkdən, şəhidlərin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdən ibarət olub.
    Tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra RİH-nin nümayəndəsi Nail Şəfizadə tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə daim yüksək səviyyədə qayğı göstərilir. Həmçinin rayon rəhbərliyi səviyyəsində mütəmadi olaraq bu tipli tədbirlər təşkil edilir, görüşlər keçirilir. Çıxışının sonunda Nail Şəfizadə layihənin rayonumuzda təşkil edilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib.
    Sonra layihə rəhbəri Mətanət Əsgərqızı iştirakçılara layihə barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində qələbəmizin təminində Azərbaycan zabiti, əsgəri böyük qəhrəmanlıq nümunələri yaratdılar. Eyni zamanda şanlı qələbəmizin memarı xalqımız və Ordu-muzun Müzəffər Ali Baş Komandanı oldu.
    Yekunda tədbir iştirakçılarına “Sınan arzular” adlı sənədli film nümayiş etdirilib.

     

    Müəllif: Redaktor, 11:08

İsmarıclar bağlıdır.