Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Mar

    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti-abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
    Sonra Bəyimsarov kənd İƏD üzrə nümayəndə Aqil Şərifov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Qeyd olunub ki, Bəyimsarov kəndinin 642 təsərrüfatı, 2994 nəfər əhalisi, 2929 hektar ərazisi var. Kənddə 1 tam, 1 ümumi orta məktəb, 1 xəstəxana, 1 mədəniyyət evi və kitabxana fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz, su ilə təmin olunublar.
    İcra nümayəndəsinin çıxışından sonra vətəndaşların müraciətləri dinlənilib.
    Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində Qələbə tarixini yazdığını, dövlət tərəfindən şəhid və qazi ailələrinin hər-tərəfli qayğı ilə əhatə olunduqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə və Birinci vitse-prezidentə şəhid ailələri adından öz minnətdarlığını bildirib. Sonra kəndlərində elektrik naqillərinin kabelləşdirilməsi ilə bağlı müraciət edib.
    I dərəcəli “Əmək” ordenli Fazil Vəliyev, şəhid anası Güldanə Məmmədova qrunt sularının quru-dulması, Sirac Rzayev 100 ailənin yaşadığı ərazinin elektrik enerjisi ilə tələbatının tam ödənilməsi üçün 1 ədəd transformatora ehtiyacı olması, Səyyar Şahverdiyev oğlunun dövlət qulluğunda işlə təmin olunması, Firəddin Xanbabayev həyətindən qaz borusunun çıxarılması, Bəhrəm Bayramov kəndin əsas yolunun asfaltlanması ilə bağlı müraciət ediblər.
    Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    * * *
    Bundan əvvəl rayon rəhbərinin səyyar qəbul-görüşü Borsunlu kəndində keçirilib.

    Müəllif: Redaktor, 11:16

İsmarıclar bağlıdır.