Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Mar

       Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.

    Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində  “Böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək  məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində Azərbaycan xalqının başına gətirilən  müsibətlər onu göstərir ki, daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətmişlər. Həmin günlərdə Bakı şəhəri, eləcə də  Bakı ətrafı şəhər və qəzalarda, ölkənin bir çox şəhər və rayonlarında – Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

    Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuş , minlərlə insan itkin düşmüş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılmağa başladı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımı təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur.

    Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasətin, ordu quruculuğunun  təkmilləşdirilməsi  nəticəsində  Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi bu cür vəhşiliklərin qisası 44 günlük Vətən müharibəsində artıqlaması ilə alınmış oldu.

     

    Eldar Əsədov,

    YAP Tərtər Rayon

    Təşkilatının Sədri

     

    Müəllif: Redaktor, 15:59

İsmarıclar bağlıdır.