Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir

    Rayon polis şöbəsi rayon icra hakimiyyətinin hüquq şöbəsi və rayon təhsil şöbəsi ilə birgə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” və erkən nigahla bağlı geniş tədbir keçirdi. Tədbirdə rayon polis şöbəsinin, təhsil şöbəsinin və mətbuat nümayəndələri, 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
    Yığıncağı rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə açaraq, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımova söz verdi. Polis rəisi əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Sonra 44 günlük Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından, qanından keçən şəhid oğullarımız haqqında danışaraq, ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra iştirakçılar tərəfindən Dövlət himni səsləndirildi.
    Tədbirdə polis rəisi geniş məruzə ilə çıxış etdi.
    Məruzə ətrafında çıxışlar oldu. Rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Çingiz İsayev müzakirə olunan mövzularla bağlı fikirlərini söylədilər.
    Məruzə və çıxışlarda göstərildi ki, narkomaniya əsrin dözülməz bəlasıdır. Bu bəladan qorunmaq üçün dövlət tərəfindən təxirəsalınmaz tədbirlər görülsə də, narkomaniya dünyəvi, ümumbəşəri bəlaya çevrilib. Məlumdur ki, narkotikə aludəçilik məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərərək, gəncləri sosial-iqtisadi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidərək ağrılı bir mühit yaradır.
    Bu gün böyüyən nəsil sabahımız və gələcəyimizdir. Dövlətimizin, xalqımızın gələcəyi sağlam və etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Bu bəlaya yeniyetmələr daha asanlıqla yoluxurlar. Narkotik alverçiləri yeniyetmələri asanlıqla öz girovlarına çevirirlər. Eyni zamanda bəşəriy-yətin ən qorxulu xəstəliklərinin mənbəyi elə narkomaniyadır. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bir neçə dəfə ondan istifadə edən insanda asılılıq yaratması faktdır.
    Məruzə və çıxışlarda göstərildi ki, narkomaniyadan qurtarmaq üçün hamılıqla mübarizə aparmaq lazımdır ki, yeniyetmələr arasında yayılaraq çoxalmasın.
    Tədbirdə qızlar arasında rast gəlinən erkən nigah məsələsinə də toxunuldu. Ailələrdə tərbiyənin düzgün qurulmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olundu. Yeniyetmə qızlarımızın hər şeydən əvvəl təhsilə, peşəyə istiqamətlənməsinin önəmli olduğu vurğulandı. Yeniyet-mə və gənclərimizin daha mükəmməl böyümələri və tərbiyə olunmaları üçün hərtərəfi nəzarət genişlənməli, bu sahədəki nöqsanlar vaxtında aradan qaldırılmalıdır. Qalib xalqın övladlarını bu bəladan qorumaq hər birimizin vəzifəsidir. Vətənin ağıllı, layiqli oğul və qızları bizim fəxrimiz olmalıdır.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:10

İsmarıclar bağlıdır.