Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

                          ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQİ MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR

    Ermənilər tərəfindən törədilmiş hadisələr nəticəsində xalqımızın tarixinə heç zaman unudulmayacaq qanlı səhifələr yazılıb. Bunlardan biri də 31 mart soyqırımıdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
    Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
    XX əsrin əvvəllərində baş verən soyqırım həmin yüzilliyin sonunda bir daha təkrarlanmış və ermənilər yenə də rus havadarlarının köməyi ilə bütöv bir Azərbaycan şəhərini – Xocalını məhv etmiş, onun sakinlərini amansızcasına qətlə yetirmiş, müsibətlər yaşatmışlar. Bu hadisələr yalnız Xocalıda deyil, Qarabağın digər bölgələrində də törədilmiş, dinc, günahsız insanlar, o cümlədən körpə uşaqlar, qocalar və qadınlar kütləvi sürətdə öldürülmüşdür.
    Azərbaycan 44 günlük Vətən Müharibəsində Qələbə çaldıqdan sonra mənfur qonşularımızın digər cinayətlərinin də üstü açılır.
    Belə ki, məlum olub ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.
    Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib.
    Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların olması da ehtimal edilir.
    Beynəlxalq qanunlara zidd olan bu cür hərəkətlərin işğaldan azad edilmiş digər ərazilərdə də baş verməsi məlum olmuşdur. Xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var-dır.
    Bu ərazilər minalardan təmizləndikcə, aşkara çıxan kütləvi məzarlıqlar Ermənista-nın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir.
    Bütün bunlara görə Ermənistan beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdır.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 10:51

İsmarıclar bağlıdır.