Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Bu münasibətlə hər iki kənddə keçirilən mərasimlərdə rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
    Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni məktəblərin istifadəyə verilməsi münasibəti ilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ölkəmizdə təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.
    Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər rayonunda 16 məktəb binasına zərər dəyib. Həmin məktəblər təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Hazırda rayonun Xoruzlu kəndində 432 şagird yerlik yeni məktəb binasının tikintisi həyata keçirilir. Tərtər şəhər 5 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
    Zolgəran kəndindəki 56 şagird yerlik ümumi orta məktəb 7 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.
    Kovdadıq kəndində tikilən yeni modul tipli məktəb Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına inşa olunub. Məktəbdə 5 sinif otağı, müəllimlər otağı, istilik sistemi, sanitar qovşaq quraşdırılıb.
    Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə olunduğu bildirilib.

     

    Müəllif: Redaktor, 11:03

İsmarıclar bağlıdır.