Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Apr

    Tarix sübut edir ki, hər bir dövlətin dünya miqyasında nüfuzunun formalaşmasında, dünyəvi psoseslərdəki iştirak səviyyəsində lider amili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müstəqil Azərbaycan Respublikasının  inkişaf yolundakı geridə qalan 30 illik müddətdə siyasi liderin dövlətin həyatında vacib rol oynadığı  görünür. Dövlət müstəqilliyimizin  bərpasının  ilk illərindən  qarşımıza çıxan  problemlərin  yaranmasının obyektiv səbəblərindən biri, mən deyərdim birincisi,  ölkəmizə rəhbərlik edən şəxslərin lider funksiyasını yerinə yetirə bilməməsi olmuşdur.

    1993- cü ilin ortalarından başlanan yeni siyasi kurs, Azərbaycana  Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməyə başlaması, onun  dövlətin və xalqın taleyində  lider  amilini göstərən tarixi bir gerçəklik oldu.

    Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 19 ildə  ölkəmiz üçün gördüyü işlər,   müasir Azərbaycanı  qüdrətli dövlətə çevirdi .  Ölkə Prezidenti  cənab İlham Əliyevin  rəhbərliyi ilə  müstəqil Azərbaycan  dövləti   dünyada baş verən enerji təhlükəsizliyinə böyük töhvələr verən, dünyanın aparıcı  dövlətləri tərəfindən siyasi  tərəfdaş kimi qəbul edilən dövlət kimi tarixə düşüb.  30 illik əsarətdə qalan müqəddəs torpaqlarımızı  44 günlük  Vətən müharibəsində  öz gücü hesabına layiqli Zəfər çalaraq   geri qaytaran  Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti  Azərbaycanın  regionda və dünyada söz sahibi  olmasını  sübut etdi.

    Fəxrlə qeyd etmək istərdim ki, dövlətimizin  qazandığı  uğurlar    İlham Əliyev cənablarının dünyanın nüfuzlu liderləri sırasında  layiqli yer almasına gətirib çıxarır. Prezident öz çıxışlarında bildirir ki, Azərbaycandakı görülən işlər  göz qabağındadır. Bugünkü Azərbaycan  hər bir işi görməyə qadir bir dövlətdir. Təki ortada siyasi iradə, iqtisadi güc və milli birlik olsun .  Bu birlik  Vətən müharibəsində Şanlı Qələbəmizə gətirib çıxardı . Bu gün Azərbaycan əldə etdiyi tarixi qələbədən sonra  regionda yaranmış  yeni reallıqlara uyğun  hərəkət etməklə bir daha  dünyaya gücünü nümayiş etdirdi.  Bildiyimiz kimi, dünya  iqtisadiyyatında yaranmış qlobal böhranlara baxmayaraq, Azərbaycan öz  gücünə  işğaldan azad edilmiş torpaqlarımızda   yenidənqurma, tikinti-quruculuq işləri aparır,  bununla yanaşı  ölkəmizin bir çox bölgələrində  dövlət proqramında nəzərdə tutulmuş layihələri  uğurla həyata keçirilir.

    Möhtərəm Prezidentimizin apardığı daxili və xarici siyasət kursu ,  ölkədə aparılan genişmiqyaslı   islahatlar  bir daha ondan xəbər verir ki,  Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları alternativi olmayan   əvəzolunmaz liderd

                                                Eldar Əsədov,

    YAP Tərtər rayon

     təşkilatının  sədri

     

    Müəllif: Redaktor, 14:57

İsmarıclar bağlıdır.