Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

    Bismillahir Rəhmanir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    Uca rəbbimiz insanları xəlq edəndən bəri onları kitabsız buraxmadı. Və insanların xoşbəxtliyi naminə göndərdiyi saysızhesabsız ayinlərdən biri də oruc tutmaq tövsiyəsi oldu.
    İslam dininin müqəddəs kitabı Qurani Kərimdə Bəqərə surəsinin 183-cü ayəsində Rəbbimiz bütün islam ümmətinə oruc tutmağı əmr edir. Hicri təqvimin 9-cu ayı olan Ramazan ayı Allah qatında çox əzəmətli bir aydır.
    Bu ay insanların həm cismi və həm də mənəvi pəhrizkarlıq ayı olmaqla yanaşı, eyni zamanda əzəmətli Quranın sevimli Peyğəmbərimizə (s) nazil olduğu bir aydır. Qədr surəsində bu barədə deyilir. Və hətta həmin gecə, yəni Qədr gecəsi 1000 aydan daha əfzəl tutulur. Bu ay Allah qatında elə əzəmətli və şərəflidir ki, hədisdə deyilir: “Kim bu ayda günahlarını yumağı və özünü bağışlatmağı bacarmırsa, sair aylardan əlini üzsün!”. İmam Sadiq (ə) buyurur ki, “Ramazan ayının böyük hikmətlərindən biri də budur ki, heç vaxt ac, susuz olmayan, imkanlı müsəlmanlar oruc tutub cismən ac və susuz qalsınlar. Həm acların, möhtacların çəkdikləri məşəqqətləri anlasınlar, həm də Allah qatında böyük savaba çatsınlar”.
    Hz. Peyğəmbər(s) buyurur ki, “Oruc tutun ki, sağlam olasınız. Mədə bütün xəstəliklərin evi, pəhriz isə dərmanıdır”. (Pəhriz burda oruc)
    Allah bütün ibadətləri, duaları, orucları qəbul eləsin. Amin!

    Saleh Ədilov,
    Tərtər Cümə Məscidinin
    axund müavini

    Müəllif: Redaktor, 09:16

İsmarıclar bağlıdır.