Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

    Tərtərin qəhrəmanlıq salnaməsini yazan mətbu orqan

    Qəzetimizin yaşının üstünə daha bir yaş gəldi. Ahıl yaşına, 88-ə çatdı. “Kolxozçuların varlanması yolunda” adı ilə çıxan kiçik bir qəzetdən, bugünkü müasir texnologiyalar əsasında buraxılan “Yeni Tərtər”ə qədər yol keçdik.
    Çoxları ilə yol yoldaşı oldu qəzetimiz. Gəldilər, hərə bir iz qoyub getdi. Bir il əvvəl keçmiş redaktorumuz Zöhrab Məmmədovun dünyasını dəyişməsi xəbərini eşitdik. Az müddət işləsə də, o zamankı “Qızıl bayrağ”a yeni nəfəs gətirmişdi. Çox sevdirmişdi onu oxucularına. Gəncləri ətrafına toplamağı bacarmışdı. Odur ki, unudulmur, hər zaman minnətdarlıqla xatırlanır.
    Ötən ilin axırlarında isə qəzetimiz 16 il birgə addımladığı Tofiq Yusifi itirdi. Rayon qəzetinin “Yeni Tərtər” adı ilə bölgə mətbuatı sırasında tanınmasında onun böyük zəhməti var. Ötən illərin qəzet qovluqlarında bir-birindən maraqlı bədii, publisistik, satirik yazıları yaşayır.
    Gənclik illərində birgə çalışdığım redaktorlardan Zahid İsmayılovun, Aydın Məmmədxanovun, Hilal Bayramovun, Təvəkkül Nəcəfovun adlarını da çəkmək istəyirəm. Hər birindən öyrənərək qəzetçiliyin çətin yollarında addımlamışam.
    Bu gün aramızda olmayan əməkdaşlarımızdan Əvəz Nəsirovun, Əmiraslan Qurbanzadənin, Yəhya İbrahimovun və başqalarının hər birinin öz dəsti-xətti, yazılarına peşəkarcasına yanaşması vardı.
    Bəziləri ilə yollarımız ayrılıb, amma ürəkləri daim bizimlədir. Qocaman jurnalist Qədir Allahverdiyev, “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, rayon icra hakimiyyətinin əməkdaşı Svetlana Əzizova indi rayon qəzetində çalışmasalar da, onu özlərinə doğma bilir, çətinə düşəndə kömək əlini uzadır, əlamətdar günlərimizdə yanımızda olurlar.
    Ad günümüzdə işimizdə bizi dəstəkləyən, problemlərimizlə maraqlanan və kömək edən rayon rəhbərliyinə də minnətdarlığımızı bildiririk.
    Əminik ki, həyatımız nə qədər müasirləşsə də, 88 illik uzun bir yol keç-miş qəzetimiz bundan sonra da yaşayacaq və Tərtərin qəhrəmanlıq salnaməsini yazmaqda davam edəcək.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 09:42

İsmarıclar bağlıdır.