Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

    Yaşasaydı, aprelin 5-də 72 yaşını qeyd edəcəkdi, dostlarını, onu sevənləri başına toplayacaqdı. Ancaq təəssüf ki, qismət olmadı.
    Bu gün işlədiyi kollektiv onun ad gününü onsuz qeyd edir.
    Tofiq Yusiflə bağlı xatirələrini yada salır. Bütün çılğınlığı, əsəbi, kövrəkliyi ilə yaddaşlarda qalan şairi anır. Bütün xarakteri ilə birgə hamı tərəfindən qəbul edilmiş insan idi Tofiq müəllim.
    Gülləri çox sevərdi, yazın ilk müjdəçisi olan bənövşəyə neçə-neçə şeir həsr etmişdi. Bəlkə də baharda dünyaya gəldiyi üçün belə sevərdi gülləri.
    Hərdən hirs-hikkəsinin əsiri olanda sonra üzrxahlıq edərdi, ki, əsrin ən dəbdə olan xəstəliyidir də, şəkərəm, özümdən asılı deyil. Mən də zarafatca: “Sizdə nə xəstəlik olsa inanardım, tək şəkərdən başqa”, – deyərdim, ürəkdən gülərdi.
    Və bir də həmişə yuxuda öləcəyini deyərdi, vaxtsız dünyasını dəyişmiş Arazı-na, Yusifinə qovuşmağa tələsərdi. Hərdən “mən uşaqlardan sonra bu qədər yaşayacağımı bilməzdim,” deyərdi, qəhərlənərdi.
    Titullarını saymağı sevərdi, otağında ona verilmiş təltiflərə ayrıca guşə ayırmışdı, işinə bağlı insan idi, kəsərli qələmi, hər kəsə tutarlı cavabları var idi.
    Bu gün onun ad günündə onun haqqında öz istədiyi kimi yazı ilə “Yeni Tərtər” qəzetinin sabiq redaktoru, şair-publisist Tofiq Yusifi anmağı özümə borc bildim.
    72 yaşı onsuz qeyd olundu. Hər il ad günündə hər kəsdən təbrik gözləyərdi. Yenə də təbrik edirik. Ulu Tanrıdan Sizə rəhmət və günahlarınızın bağışlanmasını diləyirik.
    P.S. Özü sağ olsa idi, yəqin ki, mənim günahım yoxdur, deyərdi.

    Svetlana Əzizova

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.