Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov tərəfindən onların ruhuna dua oxunub, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
    Tədbirdə icra başçısı tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
    Sonra o, Tərtər rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların adlarının əbədiləşdirilməsinin, şəhid ailələrinin problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib.
    Rayon rəhbəri Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təsis edilmiş “Vətən naminə” medalını şəhid qardaşı Mətləb Əliyevə və şəhid Qabil Əliyevin qızı Əsmər Əliyevaya təqdim edib. Əfqanıstan Veteranları İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Mətləb Əliyev və Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva çıxış edərək kəndin şəhidlərindən, onların Vətən Müharibəsində göstərdikləri döyüş şücaətindən, gənclərə nümunə olmalarından, ordu-xalq-iqtidar birliyindən danışıblar. Şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
    Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
    Sonda abidənin ətrafında şəhidlərin adına gül kolları əkilib.
    Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.