Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Apr

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2016-cı ilin Aprel hadisələrinin 6-cı ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
    Görüşdə şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi döyüş yoluna bir daha nəzər salınıb.
    Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel dö-yüşləri böyük zəfərin başlanğıcı oldu.
    Qeyd edək ki, Nicat İsgəndərov Aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək, şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4V sinfinə verilib.
    Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:26

İsmarıclar bağlıdır.