Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində   idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriləngənclər siyasəti, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır.

    Azərbaycanın yunan- Roma güləşi üzrə milli komandası  Macarıstanda   baş  tutan Avropa çempionatında ümumi hesabda 165 xal qazanaraq,  Avropa birincisi olmuşdur. Yığmamız  medal sayında da iştirakçı dövlətlərin  sırasında birinci yeri tutmuşdur.

    Aprelin 8-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini qəbul edərkən bildirib ki, “Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları,  həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər”.

    Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı  idman  sahəsinə də öz müsbət təsirini  göstərmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir  idman kompleksləri tikilib  idmançılarımızın istifadəsinə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi texniki-baza möhkəmləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, “ mən imkan daxilində hamıya, əsasən də gənclərə  maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm ki. cəmiyyətimiz sağlam ruhlu olsun.” Bunun nəticəsi olaraq  Azərbaycan idmançıları dünyanın idman arenalarında, beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırır, Azərbaycanın dövlət himnini səsləndirirlər.

    Macarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri uğurla davam etdirir.

    Eldar Əsədov,

    YAP Tərtər rayon

    təşkilatının sədri

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 08:33

İsmarıclar bağlıdır.