Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 14Apr

    Cənab Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd olunanlar bir daha təsdiq etdi ki, ötən illərdəki kimi ölkəmizin sürətli inkişaf etməsi bu ilin 3 ayı ərzində də davam edib və əldə olunan nəticələr yüksəkdir. Uğurlu aparılan siyasətin nəticəsidir ki, Azərbaycan inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə rəqabətə girir.

    Həyata keçirilən islahatların uğurla və planlı aparılması nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyanı bürüyən pandemiya bir çox dövlətlərin iqtisadiyyatını çökdürsə də, Azərbaycanda vəziyyət tam fərqli olmuş , bütün sahələrdə davamlı inkişaf getmişdir. Qeyri-neft sektorunun inkişafı son 3 ayda 10 faizdən çox olmuşdur. Bu da onu göstərir ki, ölkə Başçımızın apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlər qənaətbəxşdir.

    Möhtərəm Prezidentimiz Azərbaycanın dünyada olan nüfuzunun regiona gətirdiyi reallıqlardan da danışdı. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. Ermənistan başa düşməlidir ki, düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə, xüsusi olaraq Azərbaycan dövləti ilə əməkdaşlıqdan keçir. Bunun üçün Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək məcburiyyətindədir.

    Beynəlxalq məsələlərdən danışarkən cənab Prezident İlham Əliyev xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu etibarsızdır, qeyri-funksionaldır. Yəni bu qurum fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir . Cənab Prezident ilin sonuna qədər görüləcək işlərdən danışarkən bildirdi ki, Şərqi Zəngəzurda və Qarabağda aparılacaq abadlıq-quruculuq işlərinin vaxtında və sürətlə aparılması dədə – baba yurdlarından qovulmuş sakinlərimizin öz yurdlarına daha tez qayıtmaları üçün hər şeyi etmək lazımdır və biz bunu edəcəyik.

    Hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad olunmuş şəhər və rayonlarımızın , həmçinin qəsəbələrimizin Baş planlarının hazırlanması üçün də dövlətimizin başçısı xüsusi tapşırıq verdi. Görülən işlər və həyata keçirilən layihələr bizə deməyə əsas verir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın inkişaf etmiş bölgələrindən biri olacaq və orada mövcud olan iqtisadi potensial ölkəmizin gücünə yeni güc qatacaq.

    Əminliklə deyə bilərəm ki, möhtərəm Prezidentimizin xalqa verdiyi bütün vədlər, vaxtında və yüksək keyfiyyətlə yerinə yetirildiyi kimi, məlum 12 aprel 2022 – ci il müşavirəsində qarşıya qoyulan vəzifələr və tapşırıqlar da göstərilən müddət ərzində uğurla yerinə yetiriləcəkdir

                                                                                                                                                                            Eldar Əsədov,

                                                                                                                                                                   YAP Tərtər rayon

    Təşkilatının sədri

                                                                                                                                                                        

     

    Müəllif: Redaktor, 15:29

İsmarıclar bağlıdır.