Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr

    Ta qədimdən böyük sözünü, ağsaqqal, agbirçəklərimizin öyüdünü eşitmək, onların xeyir-duası ilə yaşamaq, işləmək bir ənənəyə çevrilib. Böyüklərin məsləhəti ilə gördüyümüz işdən xeyir tapanda özümüz də sevinmişik, böyüklərimiz də fərəhləniblər. Belə böyüklərimizdən biri də hamımızın ağsaqqalı, böyüyü sandığımız Məhyəddin Kərimovdur. O, ağıllı kəlamları ilə həm ailədə, həm də camaat arasında özünə hörmət qazanan ağsaqqallarımızdandır. Bu günlərdə sosial şəbəkələrin birində nəvəsi Səbuhi Kərimovun köməkliyi ilə bir neçə müdrik fikirləri yayımlanmışdı.: “ Birinci Al-lahı tanı, ikinci ata-ananı, üçüncü sənə elm, bilik verən müəllimi, dördüncü yer üzünün hökümətini – yəni dövlət başçısını, rəhbəri tanı”. Sonra deyir ki, “qaçağın evi, qumarbazın pulu, oğrunun çörəyi, mərdima-zarın isə məclisdə yeri olmaz”. Bu müdrik kəlamlar, ibrətamiz fikirlər gənclərimiz üçün çağırışdır.
    Məhyəddin Kərimov ömrünün ən müdrik çağlarını yaşayır. 96 yaşlı Məhi baba oğul, qız, gəlin, nəvə-nəticə qayğısı ilə əhatə olunub. Ailədə hər kəsin məsləhət yeridir Məhi baba. Doğrudur, həmişə həyat yoldaşı Əfruz nənənin yoxluğunu hiss etsə də, ətrafında ona qayğı göstərənlərə şükür edir, öz nikbin xasiyyəti ilə hərəni bir cür mehribanlıqla dindirir. Məhi baba Kərimovlar ailəsinin ən çox istənilən, yolu hörmətlə saxlanılan böyüyüdür.
    Məhyəddin Kərimov dövlətlə, xalqla qürurlanan bir insandır. O, ölkəmizin hər bir müvəffəqiyyətini alqışlayır, söz düşəndə qürurla öz fikrlərini bildirir. Bu yaxınlarda mənə zəng etmişdi. Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı uğurdan, zabit və əsgərlərimizin göstərdiyi şücaətlərdən qürur hissi ilə danışdı. Hətta onu da bildirdi ki, Şuşanın alınması məni nə qədər sevindirdisə, Fərrux yüksəkliyinin alınması da ikiqat sevindirdi. Sözünə davam edən ağsaqqal dedi:
    –Yaxşı bilirik ki, Şuşa Qarabağın baş tacıdır. Buraya bütün xarici ölkə vətəndaşlarının gəlişi məni çox qürurlandırır. Elə bilirəm Fərrux yüksəkliyinin alınması xocalıların qanı-nın alınması deməkdir. Bütün bunlar Ordumuzun başında dayanan sərkərdənin siyasi cəhətdən güclü olmasının nəticəsidir.
    Məhyəddin Kərimovun ailəsini bu gün böyük ailə hesab etmək olar. Hazırda onun 4 övladından 13 nəvəsi, 24 nəticəsi var. Tez-tez ailə bir yerə toplaşanda Məhi babanın sevincinin həddi-hüdudu olmur. Belə anlarda o, keçdiyi ömür yolundan söz açaraq, öz ağıllı məsləhətlərini verir.
    Biz də 96 yaşlı bu müdrik babaya sağlam ömür və həmişə belə hörmətli böyük olmasını arzulayırıq. Belə böyüklərlə təkcə yaşadığı evlər işıqlanmır, tanıdığı hər kəsin evini işıqlandırır. Çünki söylədikləri ibrətamiz fikirləri və müdrik sözləri ilə hər kəsin ürəyində sağlam mühit formalaşdırır, işıqlı həyat yaradır. Həmişə var olasan, Məhi baba.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 14:50

İsmarıclar bağlıdır.