Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr

                                               Şəhidin adına layiq  olacaqlarına söz verdilər

    Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
    Sonra sinif müəllimi Ramilə Heydərova şəhid Fuad Məhərrəmli haqqında məlumat verib. Bildirib ki, o, 28 noyabr 1994-cü ildə rayonumuzun Evoğlu kəndində kolxozçu ailəsində anadan olub. Orada boya-başa çatıb. Ailədə 2 qardaş 1 bacı olublar. O, əsgəri xidmətini Naxçıvanda çəkib. 2020-ci ilin iyun ayından isə müddətdən artıq xidmətə yazılıb. Minaatan bölməsində kiçik çavuş kimi çalışıb. 44 günlük Vətən Müharibəsində Həsənqaya, Suqovuşan istiqamətində döyüşüb. 19 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. 20 oktyabrda canından çox sevdiyi torpaqda dəfn olunub. Ölümündən sonra qəhrəman şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub.
    Tədbirdə şəhidin atası Habil Məhərrəmov, 1 saylı məktəbin direktoru İntiqam Nuriyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Təşkilatı Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədzadə, 44 günlük Vətən Müharibəsi qaziləri Azər Abdullazadə, kəşfiyyatçı Sadiq Abbaslı, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, şəhidin bibisi, məktəbin təqaüdçü müəllimi Vəzifə Məhərrəmova şəhid haq-qında öz fikirlərini söyləyiblər. Sinif müəllimi Ramilə Heydərova şagirdlərin şəhidin adına layiq olacaqlarına və yaxşı oxuyacaqlarına söz verib.
    Sonra Azərbaycan bayrağı gətirilib, 2 “V” sinfinin balaca fidanlarının ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib. Sonda xatirə şəkli çəkdirilib və 2-ci “V” sinfi tərəfindən hazırlanmış xatirə şəkli şəhidin valideynlərinə təqdim olunub, qəbri ziyarət edilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:53

İsmarıclar bağlıdır.