Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

    Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qaziləri üçün iftar süfrəsi təşkil olunub.
    “Tərtər” istirahət mərkəzində təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, din xadimləri, şəhidlərin ailə üzvləri, qazilər və onların fidan balaları iştirak ediblər. Əvvəlcə torpaqları-mızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müqəddəs Ramazan ayı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsində xalqımızın şanlı Zəfərindən danışıb. Rayon rəhbəri Vətənə layiqli oğullar verdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
    Sonra ölkəmizdə həyata keçirilən dövlətdin siyasətindən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, Ramazan ayının əhəmiyyətindən və fəzilətlərindən danışıb.
    Tərtər “Cümə” məscidinin imamı Sadiq Cəfərov, din xadimləri Saleh Ədilov, Nəriman Əliyev tərəfindən şəhidlərin ruhuna dualar oxunub. On bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb.
    Tədbirdə YAP rayon Təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon filialının sədri Suliddin Yusibov, şəhid Həsən Məmmədovun anası Xanım Məmmədova, şəhid Mürşüd Əhmədzadənin nənəsi Çiçək Əhmədova, şəhid Ceyhun Hacı-zadənin anası Qətibə Hacıyeva, şəhid Nurlan Şirinlinin anası Esmira Şirinova, qazilərdən İnqilab Qayıbov, İntiqam Sarıyev, Kamil Səfərli çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıb, vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca məqamında olduğunu qeyd edib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıblar. Çıxışçılar bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

     

    Müəllif: Redaktor, 09:44

İsmarıclar bağlıdır.