Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Apr

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı onları müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib. Sonra o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Rayon rəhbəri Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının açılışında Ali Baş Komandan İlham Əliyevin çıxışı barədə də sakinlərə məlumat verib, ölkə rəhbərinin “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət ki-mi yaşayacaq!” fikrini vurğulayıb. Qeyd olunub ki, respublika Prezidenti Qarabağda, azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını “Zəfər Qurultayı” adlandırıb.
    İcra başçısından sonra Qaradağlı kənd İƏD üzrə nümayəndənin müavini Maarif Balayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.
    Kənd sakinləri Bayram Orucov yeni subartezian quyusunun qazılması, Ozcan Hüseynov işlə, Umud Hüseynov isə kəndlərində işığın zəif olması ilə bağlı müraciət ediblər. Qonşu Kəngərli kəndinin sakini Asəf Həsənov isə kəndin içməli su ilə təmin olunması ilə bağlı müraciət edib.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Kənd ağsaqqalı Bayram Orucov, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Ələsgərov kənd sakinlərinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiblər.

     

    Müəllif: Redaktor, 10:04

İsmarıclar bağlıdır.