Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 05May

      İlk öncə Ümumilli lider Heydər Əliyevin və  Vətən müharibəsi  şəhidlərinin  əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirdi ki,  Ümumilli lider Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti  Heydər Əliyevin şah əsəridir. Qüdrətli , şəxsiyyətilə seçilən, qeyri-adi istedada  malik Heydər Əliyevi xalqına bağlayan tellər olduqca möhkəm idi. Demokratik inkişaf yolunu müəyyənləşdirilmiş Azərbaycan   dövlətinin   dünənində və bu günündə də  dünyanın ən böyük    siyasətçilərindən biri olan  Heydər Əliyevin  möhürü vardır. O, müasir Azərbaycan tarixini  yaradan dahi şəxsiyyət , müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni  cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir. Gənclik  xöşbəxtlikdir deyən Ulu Öndərimiz  hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşırdı. Ulu öndər hər zaman qeyd edirdi ki, gənclər bizim bu günümüz və gələcəyimizdir.

    Dahi Ümumilli liderimiz  bütün gənclərin qarşısına bir vəzifə, öz xalqına, dövlətinə  ölkəsinə sədaqətlə xidmət etmək , həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsinin olduğunu vurğulayırdı . Eyni zamanda Ulu Öndərimiz gənclərə uğurlu yaşamağın sirlərini də söyləyərək deyirdi ki, gənclər bilməlidirlər, həyatda uğurla yaşamaq üçün  xalqımızın, millətimizin , milli mənəvi dəyərlərinə sadiq olmaq,  bu keyfiyyətləri ümumbəşəri dəyərlərlə birləşdirərək müasir həyat tərzi keçirmək lazımdır.

    Bu gün gənc nəslin düzgün yetişdirilməsi  ölkə siyasətinidə önəmli yer tutur. Əsası Ümumilli lider tərəfindən qoyulan gənclər siyasətinin   Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

    Azərbaycan gəncləri  30 ilə yaxın işğal altında olan torpaqlarımızı  Müzəffər Ali Baş Komandan , Prezident , Yeni Azərbaycan Partiyasının sədri cənab  İlham Əliyevin rəhbərliyi və   Şanlı Azərbaycan Ordusunun gücü hesabına  işğaldan azad edərək, Ülu Öndərimizin müqəddəs arzusunu reallaşdırdı.

    Eldar Əsədov həmçinin partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, Möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında insanlarımızın baş verənlər haqqında maarifləndirilməsində gənclərin üzərinə düşən vəzifələrdən danışaraq gənclərə tapşırıq və tövsiyyələrini çatdırdı.

    Tədbirdə çıxış edən partiya fəallarından Nuruyev İntiqam , Süleymanova Fəridə,  Mustafazadə Orxan ,  Əlişzadə Əqdəm və  Abdullazadə Məhəbbət öz çıxışlarında  Yeni Azərbaycan Partiyasının  qurucusu , Ümumilli lider Heydər Əliyevin gənclərə və gəncliyə etimadından, gənclərin mənəvi inkişafı , vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili. gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən  dövlət gənclər siyasətindən və həyata keçirilən tədbirlərdən geniş bəhs edərək müasir Azərbaycan gəncliyinin bundan sonrada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha işıqlı sabahlara aparılması yolunda cəmiyyətin ön sıralarında olacaqlarını   tam əminliklə qeyd etdilər.

    Sonda  Eldar Əsədov  YAP sırallarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim etdi.

    Müəllif: Redaktor, 08:09

İsmarıclar bağlıdır.