Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06May

    Azərbaycan mədəniyyətinə misilsiz töhfələr bəxş edən sənətkar

    Tərtər Rayon Mədəniyyət Mərkəzində Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən Tərtər rayon Uşaq musiqi məktəbi tərəfindən hazırlanmış yubiley tədbiri keçirilib.
    Qeyd edək ki, 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova, Respublikanın xalq artisti, professor, bəstəkar Azər Dadaşov, Beynəlxalq Müsabiqələr laureatı Zakir Əsədov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Məmmədli, Gəncə şəhər Fikrət Əmirov adına musiqi məktəbinin direktoru Aidə Əmrahova, Ağdam musiqi kollecinin müəllimi Ülviyyə Ələkbərova, Bərdə, Tərtər rayonlarından və Mingəçevir, Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri, rayon ictimaiyyəti və musiqisevərlər iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər. Sonra Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, bəstəkar Fikrət Əmirovun və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı siyasət bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ən parlaq mərhələsini yaşayır. Müstəqim Məmmədov Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun həyat və yaradıcılığından bəhs edib və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
    Sonra rayon rəhbəri Tərtər rayon Uşaq musiqi məktəbinin direktoruna Tərtər Rayon İcra Hakimiyyətinin kitabxanasında olan fortepiano və pianoya aid dərs vəsaitlərini hədiyyə edib.
    Daha sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə və Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi misilsiz töhfələrdən bəhs edib.
    Tədbirdə iştirak edən qonaqlar çıxış edərək bildiriblər ki, Fikrət Əmirov yaradıcılığından saatlarla danışmaq olar. Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi, dünyada Azərbaycan musiqisinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirov yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır.
    Sonra Uşaq musiqi məktəbinin Xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin “Qarabağ Bülbülləri” xor kollektivinin, məktəbin müəllimlərinin və məktəbin məzununun ifasında bəstəkarın əsərləri səsləndirilib.
    Tədbir çərçivəsində Fikrət Əmirovun öz çıxışlarından hazırlanmış videoçarx nümayiş olunub.
    Sonda ifa olunan “Azərbaycan Kappriççiosu” müasir Azərbaycanın inkişafından bəhs edən videoçarx ilə uyğunlaşdırılmışdır.

     

    Müəllif: Redaktor, 10:05

İsmarıclar bağlıdır.