Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06May

    ÖLKƏMİZDƏKİ TOLERANTLIQ VƏ MULTİKULTURALİZM MÜHİTİ HEYDƏR ƏLİYEV SİYASƏTİNİN BƏHRƏSİDİR

    Hər bir dövlətin və xalqın uğurlarında liderlərin böyük rolu olmuşdur. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var.
    Dövlətimizin müstəqilliyinin qorunub saxlanılma-sında, Azərbaycanın dünya dövlətləri arasında tanınmasında, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır.
    “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, vətənimdir, mənim torpağımdır” deyən Ümummilli Lider eyni zamanda Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrinin rahat yaşaması, eyni qayğı ilə əhatə olunması üçün sərəncamlar imzalayır, tapşırıqlar verirdi. Məhz Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda bütün dünyanı heyran qoyan multikultural model yaranmışdı.
    Təsadüfi deyil ki, Azərbaycanda qonaq olan əcnəbilər bu Şərq ölkəsində müxtəlif dünyagörüşlərin, dini inancların, siyasi əqidələrin, fərqli mədəniyyətlərin bu dərəcədə normal, sivil birgəyaşayışına heyranlıqlarını gizlədə bilmirlər. Bu cür birgəyaşayış ilk növbədə böyük öndərimizin humanist düşüncələrinin, onun həyata keçirdiyi siyasətin bəhrəsi kimi bərqərar olmuş multikultural dəyərlərin qorunub inkişaf etdirilməsi nəticəsində mümkün olmuşdur. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir.
    Bu gün tolerant dövlət kimi dünya sivilizasiyasının aparıcı ölkələri sırasında ön cərgədə dayanan Azərbaycan brendi olan multikulturalizmin əsasını müəyyənləşdirən Ulu Öndər həmçinin bildirirdi ki, Azərbaycan çoxmillətli respublikadır. Ölkəmizdə bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların respublikanın ictimai-siyasi həyatında bərabər hüquqlar çərçivəsində iştirak etməsi üçün bütün imkanlar yaradılacaqdır. Bu siyasətin davamı olaraq dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi ili” elan edilmişdir.
    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən bugünədək Azərbaycandakı dini konfessiyaların rəhbərləri daim ölkənin həyatında baş verən bütün hadisələrə birgə münasibətlərini bildirir, əlamətdar günləri qeyd edirlər.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiyin, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayevin, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının rəhbəri Aleksandr Şarovskinin 31 Mart–Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət etmələri bunun bariz nümunəsidir.
    Müraciətdə deyilir: “Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və dilindən asılı olmayaraq bütün insanlar arasında qarşılıqlı anlaşmanın, nəhayət, bərqərar edilməsinin tərəfdarıyıq. Müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sakitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir”.
    Ulu Öndərin müyyən etdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə mövcud tarixi-mədəni irsə daim hörmətlə yanaşılması üçün tədbirlər həyata keçirir.
    Bunun bariz nümunəsi kimi, 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan höküməti tərəfindən müxtəlif xalqlara məxsus dini abidələrin bərpa edilməsini göstərmək olar. Məsələn, Şuşada məscidlərlə yanaşı, iki kilsənin bərpası Azərbaycanın abidələrə qarşı fərq qoymamasını, əksinə, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmasını göstərir.
    Ölkəmizin paytaxtında məscidlərlə yanaşı xristian, yəhudi, erməni dini abidələrinin mövcudluğu da bunun bariz nümunəsidir. Bunlara daim hörmətlə yanaşılır, müxtəlif dini etiqadların nümayəndələri sərbəst şəkildə öz inanclarına əməl edə bilirlər.
    Təsadüfi deyil ki, bu gün ölkəmizdə yaşayan müxtəif millətlərin nümayəndələri Azərbaycanı doğma Vətənləri hesab edir, bu torpaq uğrunda canlarından keçirlər.
    Həm I Qarabağ, həm də 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində azərbaycanlılarla yanaşı burada yaşayan digər xalqların nümayəndələri – ruslar, ukraynalılar, yəhudilər, ləzgilər, tatarlar qəhrəmanlıq nümunələri göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

    Sadiq Cəfərov,
    Tərtər Cümə Məscidinin
    dini icmasının sədri və imamı

    Müəllif: Redaktor, 10:19

İsmarıclar bağlıdır.