Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    Anası Afidə xanım “Ay ürəyim” deyirdi oğlu Rəşada. Həqiqətən də, anasının, atasının, doğmalarının ürəyi idi. Allahdan ona ayrılmış qısa bir zaman kəsiyində nə qədər işlər görə bilmişdi Rəşad! Bu qədər insanın sevgisini, rəğbətini necə qazanmışdı?!
    Bu gün onun yaşadığı ünvana, son mənzili olan Hacıqərvənd kəndindəki qəb-ristanlığa çoxlu insan gəlir. Səbəbi gənc olmasına baxmayaraq, göstərdiyi şücaətlər, ətrafındakılara, xüsusən tabeliyində olan əsgərlərə münasibəti, təkcə ailəsi üçün deyil, Vətən üçün layiqli övlad olmasıdır.
    Onun üzündə daim təbəssüm olardı. Bu təbəssüm indi otağında məhəbbətlə qorunan şəkillərdə yaşayır və sanki valideynlərinə təsəlli kimi onun cənnətdə olmasını xatırladır.
    Oxuduğu Hacıqərvənd kənd orta məktəbində və həvəslə təhsil aldığı Mingəçevir İdman və Turizm Kollecində onun adı siniflərə verilib, şagird və tələbələrlə görüşlər keçirilib.
    Rəşad Mirzəli 1995-ci ildə mayın 26-da Hacıqərvənd kəndində doğulmuşdu. Baharın gözəl çağında dünyaya göz açan bu oğlan daim ətrafında sevgi və xoş münasibət görmüşdü, özünün də qəlbi sevgi ilə doluydu, amma bu hisslərə həm də düşmənə olan nifrət qarışmışdı. Ona görə də Rəşad şəxsi hisslərini, münasibətlərini bir kənara qoyub, hərb yolunu seçdi və bu yolda da əbədiyaşarlıq qazandı.
    2013-cü ildə hərbi xidmətə çağırılan Rəşad Əfqanıstanda, sülhməramlılarda xidmət etmiş, vətən qarşısında borcunu layiqincə yerinə yetirmişdir. Lakin torpaqlarımızın işğal altında qalması ona rahatlıq vermirdi. Odur ki, 2019-cu ildə gizirlik kursunu bitirərək, yenidən Azərbaycan Ordusunda xidmətini davam etdirib.
    Bununla bağlı anasının nigarançılığını görüb həmişə deyirdi ki, qorxma, mənə heç nə olmayacaq, erməni kimdir ki, biz onlardan qorxaq.
    Rəşad həmlə taborunda döyüşürdü, komandir müaviniydi. Döyüşlərə ilk dəfə Murov istiqamətindən qoşulub.Talış kəndinin, Suqovuşanın azad edilməsində iştirak edib. Valideynləri deyirlər ki, sonuncu dəfə Rəşad 12 nəfərlə keçib düşmən postunun arxasına. Özü irəlidə gedirmiş. Arxadan gələn uşaqların yaralandığını bilib çox narahat olub. Elə bu an minomyot qəlpəsi öz həyatına da son qoyub.
    Borsunlu kəndindən olan Tural Quliyev onu döyüş bölgəsindən uzaqlaşdırıb, sonra gəlib kömək istəyib.
    Rəşad özü də ən çətin məqamlarda belə şəhidləri, yaralı yoldaşlarını döyüş meydanında qoymazdı.
    Yoldaşları deyirlər ki, Lerikdən olan döyüşçü Ziya Kazımlının ayağını mina aparmışdı. Onun səsini eşidən Rəşad dərhal özünü yaralıya çatdırır və 4 kilometr məsafəni onu çiynində aparır. Xəstəxanadan çıxandan sonra Ziya Rəşadın şəhid olması xəbərini eşidir və evlərinə getməmiş, gəlib birinci cəsur komandirin qəbrini ziyarət edir və valideynlərinə təşəkkürünü bildirir.
    Rəşad sonuncu dəfə ailəsinə sentyabrın 30-da axşam saat 10 radələrində zəng vurmuşdu. Həmişəki kimi zarafat edir, hamının qayğısına qalırdı. Heç kimin ağlına gəlməzdi ki, bu, onların son söhbəti olacaq.
    Səhərisi gün, oktyabrın 1-də, həyat eşqi ilə dolu daha bir igidimiz şəhidlik zirvəsinə ucaldı.
    İbtidai siniflərdə ona dərs deyən Reyhan müəllim deyir:
    –Rəşad Mirzəli məktəbimizin, kəndimizin, bütün xalqımızın fəxridir. Böyü-yən nəsillər bu qəhrəmanları heç zaman unutmayacaqlar.
    Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Müəllif: Redaktor, 09:57

İsmarıclar bağlıdır.