Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    Изображение 017Tərtər rayonunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması sahəsində mütəmadi olaraq həyata keçirilmiş geniş-miqyaslı proflaktiki tədbirlər nəticəsində, əvvəlki illərlə müqayisədə yolnəqliyyat hadisələrinin, qəzalarda həlak olan və yaralananların sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunmuşdur. Təkcə 2015-ci ilin ötən 9 ayı ərzində yol qəzalarının sayı 6 fakt, həlak olanların sayı 2 nəfər, xəsarət alanların sayı isə 11 nəfər azalmışdıdr.
    Aparılmış təhlillərlə müəyyən olunmuşdur ki, rayon ərazisində qeydə alınmış qəzalar, piyadaların yolun hərəkət hissəsinin müəyyən olunmamış yerındən keçməsi, sürücülər tərəfindən nəqliyyat vasi-tələrinin yuksək sürətlə idarə olunması, ötmə, yol ayrıcını keçmə qaydalarının pozulması səbəbindən baş vermişdir.
    Qəzəların törədilməsinə səbəb olan kobud qayda pozulmalarına qarşı mü-barizə gücləndirilsə də, təhlillər göstərir ki, yolnəqliyyat hadisələrinin baş verməsinə təsir göstərən əsas amillərdən olan nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilmə hallarına qarşı mübarizə yetərincə olmamış və nəticədə rayon ərazisində qeydə alınmış 12 yolnəqliyyat hadisəsindən 4-ü sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilmişdir.
    Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sü-rücülük hüququ olmadan ida-rə edilməsi halları da daxil olmaqla bir sıra inzibati xətalara görə cərimə sanksiyalarının sərtləşdirilməsi ilə bağlı “Azərbaycan Res-publikasının inzibati xətalar məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1407-4QQ nömrəli Qanunu və həmin qanunun tətbiqi barədə Azərbaycan Res-publikası Prezidentinin 1 noyabr 2015-ci il tarixli 670 nömrəli fərmanının tələblərini rəhbər tutaraq nəqliyyat vasitələrini idarə edələrdən xahiş edirik ki, sürücülük hüququ əldə etmədən avtomobil idarə etməsinlər.
    Vəsiqəsi olmayan şəxslərin avtomobil idarə etmələri bilavasitə onların həyat və sağlamlıqlarını təhlükəyə qoyur.

          Rövşən Albəndov,                  

         Tərtər DYPB-nin rəisi,     

    Polis mayoru

    Müəllif: Redaktor, 08:46

    Teqlər:

İsmarıclar bağlıdır.