Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    ARZULARIN ÇİN OLSUN, ƏZİZ HƏMKARIMIZ!

    Bu gün Svetlana Əzizovanı rayonumuzda tanımayan yoxdur. Vaxtilə tədbirlərdə “Ana” şeirinin ifası ilə tamaşaçıları duyğulandıran, hətta ağladan bu balaca qızcığaz indi özü də anadır – 4 övlad anası və gözəl nənədir – 4 nəvənin nənəsi.
    Qayğıları isə yalnız bunlarla bitmir. Həmkarımız, keçmiş iş yoldaşımız Svetlana Əzizova Tərtər Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri kimi ona müraciət edən hər bir vətəndaşın probleminin həll edilməsi, onlara kömək göstərilməsi üçün əlindən gələni əsirgəmir.
    Təbiətinə görə həssas və qayğıkeş, məsuliyyətli olan Svetlana xanıma rayon sakinləri ümidlə müraciət edirlər.
    Svetlana Əzizova gözlərimiz önündə böyüyən, həyatda hər bir uğura öz zəhməti ilə nail olan, pillə-pillə ucalan bir insandır. Hansı sahədə çalışmasından asılı olmayaraq, yüksək fəallıq, təşkilatçılıq qabiliyyəti, işinə prinsipial münasibət onu fərqləndirən cəhətlərdir.
    Svetlana xanım həm də bir neçə kitabın müəllifidir. Bunların arasında ən dəyərlisi “Heydər Əliyev tərtərlilərin yaddaşında” kitabıdır. Bu kitab jurnalist araşdırmasının məhsulu olaraq Ulu Öndər Heydər Əliyevin həyatının doğma Tərtərimizlə bağlı unudulmaz məqamlarını əks etdirən qiymətli əsərdir.
    Kollektivimiz adından Svetlana Əzizovanı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, bitib-tükənməyən enerji, nəvələrinin daha da çox olmasını, həyat yoldaşı ilə birlikdə oğul, nəvə-nəticə toyu görməyi arzulayırıq!

    “Yeni Tərtər”in kollektivi

    Müəllif: Redaktor, 10:06

İsmarıclar bağlıdır.