Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31May

    Möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları 44 günlük Vətən müharibəsindəki Qələbədən  sonra  mütəmadi olaraq  işğaldan azad olunan  bölgələrə  səfərləri zamanı barbarlar tərəfindən vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan və gələcəkdə aparılacaq  tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyyələrini verir. Bu, dövlətimizin başçısının İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizdən ötən müddət ərzində erməni faşizminin yerlə – yeksan etdiyi yaşayış sahələrimizin bərpasına diqqətlə  yanaşdığını göstərir.

    Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət almaqdadır. Gələcəkdə orada yaşayacaq soydaşlarımızın normal həyat şəraitini təmin etmək üçün infrastruktur obyektlərin inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Müzəffər Ali Baş Komandan  İlham Əliyev cənablarının  və birinci xanım Mehriban Əliyevanın  cari ayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir.

    Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda  aparılan bərpa-quruculuq prosesi çərçivəsində  görülən işlər xüsusi  diqqət çəkir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 26-da bu rayona səfərləri zamanı Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasiminin reallaşdırılması bunun parlaq ifadəsidir.

    Dövlət başçımızın  diqqət və qayğısı nəticəsində yaşayış üçün tam hazır olan Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirdi ki, “Zəngilana və başqa bu kimi yerlərə, İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.

    Möhtərəm Prezidentimiz əhali ilə görüşündə demişdir ki, “Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.”

    Aparılan tikinti , quruculuq abadlıq işlərinin  iş tempini nəzərə alaraq dyə bilərəm ki, qısa zaman kəsiyində məcburi köçkün soydaşlarımız Möhtərəm Prezidentimizin diqqət və qayğısı nətiicəsində tezliklə dədə-baba yurdlarına qovuşacaqlar.

     

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.