Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    загруженноеCinayət qanunvericiliyi ilə qorunan bir qrup ictimai münasibətlər onlara qarşı hazırlanan qəsdlərin və ya belə qəsdlər baş versə də daha ağır nəticələrin baş verməməsi üçün dərhal reaksiya verilməsini tələb edir. Bu səbəbdən də Azərbaycan Respublikası Cinayət Məcəlləsində «Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə» adlı 307-ci maddə təsbit edilmişdir. CM-nin 307-ci mad-dəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə, habelə qabaqcadan vəd etmədən ağır və ya xüsusilə ağır cinayəti gizlətmə ha-zırlanan cinayətin vaxtında qarşısını almağa, cinayət törədildikdən sonra isə cinayətkarın yaxalanmasına, ifşa olun-masına və cəmiyyətdən təcrid edilməsinə, habelə pozulmuş hüquqların bərpa olunmasına mane olur. Digər tərəfdən, belə hərəkətlər cinayətkar meyllərin güclənməsinə, mütəşəkkil cinayətkarlığın artmasına zəmin yaradır.
    Qanunvericiliklə hər bir vətəndaşa belə halların baş verdiyi andan bu barədə müvafiq hüquq-mühafizə orqanlarına məlumat vermək vəzifəsi qoyulmuşdur. Lakin bir qrup şəxslərin dairəsi bu maddənin əhatə dairəsinə daxil olmur, həmin şəxslərin cinayət barədə məlumat verməməsi hər hansı məsuliyyətə səbəb olmur. Belə ki, Cinayət Məcəlləsinin 307-ci maddəsinin qeydinə görə arvadı (əri), övladları, valideynləri və qanun-vericilikdə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən hazır- lanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
    Beləliklə, Azərbaycan Respublikası Konstitusiyası əleyhinə ifadə verilməsi məcburi olmayan şəxslərə şəxsin özü ilə yanaşı onun arvadını (ərini), övladlarını, qardaşını, bacısını da aid etməklə belə şəxslərin siyahısını bitmiş hesab etməyərək, tam siyahının müəyyən edilmə-sini müvafiq qanunun üzərinə qoymuş və ifşa etməkdə sərbəstliyi yalnız cinayət təqibi ilə əlaqələndirməyərək bu və ya digər hüquq sahəsinə aid etməklə məh-dudlaşdırmamışdır.
    Azərbaycan Respublikası Konstitusi-yasının 66-cı maddəsinin məzmunu qohumlar arasında olan və eyni zamanda ailə münasibətlərindən yaranan, hər bir insan üçün mühüm əhəmiyyət kəsb edən bağlılıq münasibətlərinin dövlət tərəfindən qorunması istəyindən irəli gəlir. Konstitusiyada öz yaxın adamlarına-ərinə (arvadına), övladına, valideyninə, qardaşına, bacısına qarşı ifadə verməyin məcburiliyinin qadağan olunması dövlət tərəfindən ailənin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində müəyyən edilən vacib hüquqi təminatlardan biridir.
    Konstitusiyanın 66-cı maddəsinə əsasən “əleyhinə ifadə verilməsi məc-buri olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir”. Göründüyü kimi, əsas qanun əleyhinə ifadə veril-məsi məcburi olmayan qohumların tam siyahısının qanunlarla deyil, bir vahid qanunla, yəni bütün hüquq sahələri üçün, o cümlədən mülki prosessual hüquq, in-zibati hüquq, cinayət hüququ, cinayət-prosessual hüquq, digər hüquq sahələri üçün vahid formada müəyyən edilməsi-ni tələb edir.
    Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə cinayətlərinin subyekti 16 ya-şına çatmış hər hansı anlaqlı fiziki şəxs ola bilər. Şəxsin hazırlanan və ya törə-dilən cinayət barədə məlumatı etibarlı mənbələrdən–məsələn, şəxsin özünün cinayət faktını görməsi və s. olmalıdır.
    Cinayət qanunvericiliyində qabaqcadan vəd etmədən ağır və xüsusilə ağır cinayətləri gizlətmə daha sərt şəkildə təqib olunur, belə əməllərə görə daha ağır cəza nəzərdə tutulur. Təhlil edilən cina-yət cinayətkarın özünün, cinayətin izləri-nin, cinayətin törədildiyi alət və vasitə- lərin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədildiyi andan başa çatmış hesab edilir.
    Göründüyü kimi, qanunvericilik, ayrı-ayrı şəxslərə cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətməni təqib olunan əməllər siyahısına salmaqla onlara qarşı sərt tədbirlərin görülməsini təsbit etmişdir. Bu səbəbdən də hər bir vətəndaş belə halların qarşısını almaq üçün ilk növbədə vətəndaş mövqeyindən çıxış edərək dərhal hüquq-mühafizə orqanlarına müraciət edərək məlumat verməlidir. Bununla da həm törədilmiş cinayətlərin vaxtında açılması, həm də başqa şəxslər tərəfindən analoji cinayətlərin törədilməsinin qarşısının alınması təmin ediləcəkdir.

    Samir ABBASOV,
    Tərtər rayon prokurorluğunun müstəntiqi, II dərəcəli hüquqşünas

    Müəllif: Redaktor, 09:35

    Teqlər:

İsmarıclar bağlıdır.