Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    TƏRTƏRLİLƏR RAZIDIRLAR, SƏHİYYƏMİZDƏ YENİLİKLƏR VAR

    Uzun illər ərzində Tərtər rayonu bu ərazilərə Rusiyadan, İrandan köçürülən ermənilərlə qonşu olduğundan, başımızın üstündən xətalar əskilməyib. Həm Sovetlər birliyinin tər-kibində yaşadığımız zaman, həm də müstəqillik dövründə düşmən bizə ağır zərbələr vurub. Həmişə də köməyimizə hərəsi bir əsgər olan tibb işçiləri çatıblar.

    Qeyd edim ki, vaxtilə bizim rayon xəstəxanasında çalışan həkimlərin səsi-sorağı bütün respublikamıza yayılmışdı. Məmməd Yunusov, Fərhad Rzayev, Yusif Quliyev kimi cərrahları, məşhur ürək həkimi Rəsul Həsənovu, nevropotoloqlar Rza İbrahimovu, Əjdər Şirinovu və başqalarını bu gün də tərtərlilər minnətdarlıq hissi ilə xatırlayırlar.
    I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və bütün dünyanı sarsıdan pandemiya dövründə də rayon mərkəzi xəstəxanasının tibb personalı Hippokrat andına sadiq qalaraq, əsl fədakarlıq göstərmiş, həyatlarını təhlükəyə ataraq, hərbçilərimizə, əhaliyə xidmət göstərmişlər. Öz vəzifəsini yerinə yetirərkən pandemiyanın qurbanı olmuş keçmiş baş həkim Yaşar Hüseyno-vun, həyətlərinə mərmi düşərkən həlak olmuş tibb işçisi Ayna Mehdiyevanın və başqalarının xatirəsi tərtərlilərin qəlbində yaşayacaqdır.
    Bununla belə etiraf etməliyik ki, yaşlı nəslin nümayəndələrindən sonra nədənsə gənc həkimlərin Tərtərə gəlməsində bir durğunluq yaşanıb. Baxmayaraq ki, hər il neçə-neçə tərtərli gənc Tibb Universitetinə daxil olur, onlar universiteti bitirəndən sonra rayonumuza qayıtmırlar. Bunun nəticəsində xəstəxanamızda ən vacib ixtisaslar üzrə həkimlər çatışmırdı, əhali paytaxtımıza, yaxud digər şəhər və rayonlara üz tutmalı olurdu. Xüsusilə cərrah, anestezioloq çatışmazlığı ciddi narahatçılıq doğururdu.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmanlar əsasında ölkəmizdə icbari tibbi sığortanın tətbiqi tərtərlilər üçün də tibbi xidməti şəffaf və əlçatan edib. Ən əsası isə, xəstəxananın işində bir sıra yeniliklər baş verib, əməliyyat otaqlarının sükutu pozulub. Kollektiv təcrübəli, peşəsini yaxşı bilən və sevən həkimlər hesabına komplektləşdirilib.
    Bütün bunlar barədə bu yaxınlarda Tərtər Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Sərxan Cəlahani ilə söhbət etdik. Əvvəlcədən qeyd edim ki, Sərxan həkim özü ixtisasca anestezioloq-reanimatoloqdur. Tibb sahəsində 16 illik iş təcrübəsi var. Bunun 6 ilini şöbə müdiri işləyib.
    Sərxan həkimin dediklərindən:
    – Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin, dövlətimizin qarşımıza qoyduğu ən mühüm vəzifələrdən biri əhalinin sağlamlığının qorunması və səhiyyə xidmətinin nümunəvi təşkilidir.
    Bunun üçün, ilk növbədə, peşəkar kadrlardan ibarət komandamızın yaradılmasına çalışırıq. Məlumat vermək istəyirəm ki, cari ilin aprel ayının 24-dən Tərtərdə cərrahiyyə əməliyyatlarının aparılmasına başlamışıq. Cərrahımız tibb üzrə fəlsəfə doktoru Asəf Fərzəliyevdir. Müraciət edənlərin sayı həddindən çoxdur. Asəf həkim hər gün bir neçə uğurlu əməliyyat aparır.
    Digər ixtisaslar üzrə də həkimlər gəlib və yaxın vaxtda da gələcəklər. Yəni artıq tərtərlilər hər hansı bir xəstəliklə əlaqədar başqa bölgələrə üz tutmalı olmayacaqlar, icbari sığorta əsasında öz xəstəxanamızda müalicə alacaqlar.
    Sərxan həkimin diqqətimizə çatdırdığı digər məsələ də xəstəxananın tibbi avadanlıqlarla təchizatı haqqında oldu. O bildirdi ki, əvvəllər xəstəxanada bir sıra müasir avadanlıq olsa da, bunlar uzun müddət istifadə edilməmişdir. Hazırda həm mövcud avadanlıqlar işlək vəziyyətə gətirilir, həm də ən yeni avadanlıqlar alınır ki, bu da xidmətin səviyyəsini yüksəltməyə kömək edəcək.
    Kollektivin üzvləri vaxtaşırı şəhid və qazi ailələrində olur, bu ailələrdə tibbi xidmətlə bağlı problemləri öyrənir, köməklik göstərirlər. Bu yaxınlarda isə həkim şəhidimiz olan Azər Şəmilovun ailəsini ziyarət edərək, onun övladlarının təhsili və qayğıları ilə maraqlanıblar.
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.
    Aksiyada 2 nəfər cərrah və tibb bacıları iştirak ediblər.

    * * *

    Sağlamlıq bu həyatda insanlara verilən ən böyük nemətdir. Bu nemətin keşiyində dayanan həkimlərimizə işlərində uğurlar arzulayırıq.
    Svetlana Bilalqızı

    Müəllif: Redaktor, 08:44

İsmarıclar bağlıdır.