Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    İyunda doğulan tərtərli Vətən müharibəsi şəhidləri

    Zabil Həsənov 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    Oktyabrın 1-də Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
                                                                       Mənsimli İntiqam Rövşən oğlu
    İntiqam Mənsimli 5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açmışdır.
    Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    İntiqam Mənsimli ölümündən sonra “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
                                                                       Surxayzadə Cahangir Hətəm oğlu
    Cahangir Surxayzadə 1996-cı il iyun ayının 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Cahangir Surxayzadə Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda döyüşüb, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
    Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                           Orucov Pərviz Novruz oğlu
    Pərviz Orucov 1989-cu ilin iyun ayının 10-da Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur.
    15 oktyabr tarixində Tərtər şəhər qəbiristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Mamırlı kəndində dəfn olunub.
    Ailəli idi. 2 övladı yadigar qalıb.
                                                                          Bağırlı Mirsədi Mircəfər oğlu
    Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub.
    Mirsədi Bağırlı Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.
    Mirsədi Bağırlı ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                     Mehdiyeva Ayna Məhəmmədəli qızı
    Ayna Mehdiyeva 1965-ci ilin iyun ayının 20-də Tərtər şəhərində anadan olub.
    Ayna Mehdiyeva Tərtər rayon Mərkəzi Xəstəxanasında xadimə vəzifəsində işləyirdi. 29 sentyabr tarixində evlərinin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Bərdə şəhərində dəfn olunub.
                                                                           Abbasov Aysənan Əsgər oğlu
    Aysənan Abbasov 1992-ci ilin iyun ayının 26-da Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur.
    Aysənan Abbasov 2014-cü ilin dekabr ayının 27-də hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.
    Aysənan Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ailəli idi, 2 övladı yadigar qalıb.

    Müəllif: Redaktor, 09:12

İsmarıclar bağlıdır.