Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    DSC_0947Tərtər İlk Peşə İxtisas Məktəbi 1964-cü ildən 96 nömrəli texniki peşə məktəbi adı altında fəaliyyət göstərib. O zamandan indiyədək məktəbin adı bir neçə dəfə dəyişib. 2013-cü ildən isə Tərtər İlk Peşə İxtisas Məktəbi adlanır. Müəssisə kənd təsərrüfatının inkişafı məqsədilə gənc fermerlərin yetişdirilməsinə xüsusi əhəmiyyət verir.
    Burada 5 qrupda 4 ixtisas üzrə 100 nəfər şagird təhsil alır. Bunlar avtomobil təmiri çilingəri, dərzi, meyvə-tərə-vəz ustası və avtomobil sürü-cüsü peşələridir. Şagirdlərin bu peşələrin sirlərinə yiyələnmələri üçün onlarla 25 nəfər mühəndis-pedaqoji işçi məşğul olur. 2014-2015-ci tədris ilində məktəbi 111 nəfər məzun bitirib. Həmin mə-zunların 30 nəfəri hərbi xid- mətə getmiş, 5 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olmuş, qalan məzunlar isə rayonun kənd təsərrüfatı sahəsində işləməyə yönəldilmişlər.
    Şagirdlərin yüksək peşə ixtisası almalarında qabaqcıl istehsalat təlimi ustalarından Elşən Məhərrəmovun, Ofelya Əkbərovanın, ixtisas müəllimlərindən Həmidə Əhmədovanın, Rafət Məmmədovanın, Qalalı Hüseynovun, Rəhman Sayılovun və başqalarının əməyi böyükdür.
    Ümumiyyətlə, son illər dövlət başçısının və eləcə də təhsil nazirliyinin peşə məktəblərinin inkişafı, yüksək səviyyəli peşə kadrlarının hazırlanması ilə bağlı bir sıra qərar və sərəncamları olmuşdur.
    Kollektiv öz işini müasir tələblərin səviyyəsində qurmağa çalışır.

    Yeni Tərtər

    Müəllif: Redaktor, 09:42

    Teqlər:

İsmarıclar bağlıdır.