Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn

    Sakinlərin müraciətləri ilə bağlı tədbirlər görülüb

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Kəngərli kəndində səyyar-qəbul görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb,onların xatirələrini ehtiramla yad ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən və sosial layihələrdən danışıb.
    Sonra Kəngərli kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.
    Bildirilib ki, Kəngərli İnzibati Ərazi Dairəsinin 610 hektar ərazisi, 312 təsərrüfatı, 1675 nəfər əhalisi, 402 hektar pay torpağı var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 8 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunurlar.
    Kənddə kəndarası yollar, “Ələm ocağı” ziyarətgahına gedən yol asfaltlanıb, 5000 metr kəndarası su ar-xı lildən təmizlənib, kənd qəbiristanlığı abadlaşdırılıb, yol kənarları səliqəyə salınıb, ağaclar əkilib, kənd sakinlərinin köməyi ilə kənddə şəhidlər bulağı inşa edilib. Əkin sahələrinin suvarılması üçün son 3 ildə burda 2 ədəd subartezian quyusu qazılıb.
    İcra başçısı şəhidlər abidəsinin tikintisində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.
    Sonra rayon rəhbəri sözü sakinlərə verib.
    Kənd sakinlərindən İradə Məmmədovanın, Elza Məmmədovanın, Şəlalə Zeynallının, şəhid atası Bəhruz Qənbərovun müraciətləri dinlənilib.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumla-ra aidiyyəti tapşırıqlar verilib.
    Qəbulda iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşların müraciətlərinə öz münasibətini bildirib.
    Qəbulda iştirak edən sakinlər şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
    * * *
    Bundan əvvəl rayon rəhbəri Evoğlu və Kəbirli kəndlərində sakinləri qəbul edib və vətəndaşların mü-raciətləri ilə ələqadar operativ tədbirlər görülüb.

     

    Müəllif: Redaktor, 10:27

İsmarıclar bağlıdır.