Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn

    15 iyun 2021-ci i tarixdə iki qardaş ölkə olan – Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərini tənzimləyəcək sənəd  2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Bu sənəd tarixi baxımından Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədləri xatırladır. Belə ki, bu sənəd vaxtı ilə imzalanmış və hazırda tarixə çevrilmiş Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. Şuşa Bəyannaməsində ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bu gün artıq öz təsdiqini tapdı. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardımçı olacaq.

    Şuşa Bəyannaməsi iki ölkənin bugünkü və gələcək vəziyyətinə ciddi töhfələr verəcək. Azərbaycan və Türkiyənin daha yaxın surətdə müttəfiq olmasını dünyada gedən proseslər zəruri edir.  Bu mütəffiqlik ona görə dir ki, böyük təşkilatlar, beynəlxalq qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Onların yürütdüyü siyasət öz dövlətlərinin mənafeyinə xidmət edir. Bu da ikili standartların yaranmasına gətirib çıxarır. Bütün bunlara görə Azərbaycan və Türkiyə təhlükəsizliyini, suverenliyini təmin etmək üçün öz aralarında yeni formatlar yaratmağa başlayıblar.

    Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə qeyd edilən mühüm addımdır. Regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapır. Açılması nəzərdə  tutulan  vacib Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də dünyanın  digər ölkələri üçün vacib əhəmiyyət kəs edir.

    Daha bir mühüm məqam ondan ibarətdir ki, qardaş Türkiyənin Baş Konsulluq İdarəsinin Şuşa şəhərində açılması qərarının verilməsi regionun ayağa qaldırılması, tərəqqisi üçün digər ölkələrə göstərilən örnəkdir. Bu addımı  qardaşlıq Konsulluğu kimi də qiymətləndirmək olar. Bu sənədin imzalanması onu təsdiq edir ki, Türkiyə hər yerdə, hər zaman qardaş Azərbaycanın yanındadır və sonuna qədər belə də davam edəcək.

    Eldar Əsədov,

    YAP Tərtər Rayon Təşkilatının sədri 

    Müəllif: Redaktor, 09:10

İsmarıclar bağlıdır.