Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

      Azərbaycan Respublikasının Şərqi Zəngəzur və  Qarabağa aid olan rayonlardan  Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və  Füzuli rayonlarının  mərkəzləri və ərazilərinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur. O dövrdə baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilirdi. İşğal altında olan bu sərhədlərdən Azərbaycanın zəbt olunmuş ərazilərində yerləşən yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınırdı. İşğal altında olan bu ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

    Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Burada nadir hallarda rast gəlinən ağaclardan olan yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır.  Təəssüf ki, belə bir sərvətimiz işğal zamanı məhv edilmiş, o meşələrə amansız divan tutulmuş, kəsilərək Ermənistana aparaılmış,  mebel istehsalında istifadə olunmuşdur.

    Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə ediblər. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilib. Bəyanata əsasən, Laçın və Kəlbəcəri tərk edən ermənilər həmin ərazilərdə yanğınlar törətmişlər. Bu yanğın ekoloji cəhətdən həmin ərazilərə ciddi zərər vermişdir. Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşmışdır.

    Münaqişə başlayan vaxt  1988-1989-cu illərdə Ermənistan Respublikasının 22 rayonundan 250 min nəfər azərbaycanlı öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdilər. Həmin köçürülmə illərində erməni cəlladlarının işgəncələrinə məruz qalmış yüzlərlə  azərbaycanlı, o cümlədən  qadın,  uşaq vəhşicəsinə qətlə yetirilmiş, müxtəlif bədən xəsarəti almış, onların yaşayış evləri və əmlakları qarət olunmuşdular. Nəticədə Ermənistanda azərbaycanlılar yaşayan 9 min kv. km ərazi zəbt olunmuşdu. İşğal olunmuş rayonların hamısında doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır.

    Beləliklə, Ermənistanın təcavüzü nəticəsində soydaşlarımızın 1 milyonu qaçqın və köçkün düşərək ölkəmizin bir çox rayonlarında məskunlaşmış, 20 min nəfər həlak olmuş , 50 min nəfər əlil olmuş, minlərlə  azərbaycanlı  əsir və itkin düşmüşdür, işğal olunmuş rayonlarda əhalinin təbii artımı azalmışdır.

    Nəhayət ki, haqq- ədalət öz yerini tapdı . 27 sentyabr 2020- ci il tarixdə  Möhtərəm Prezidentimiz ,Ali  Baş Komandanımızın birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində  mənfur düşməni  məhv edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Hazırda işğaldan azad olunmuş rayonlarımızda irimiqyaslı tikinti- quruculuq abadlıq işləri aparılır. Görülən işlərin sürətindən bəlli olur ki, qısa zaman kəsiyində məcburi köçkün bacı və qardaşlarımız dədə- baba yurdlarına qayıdacaqdır

    Eldar Əsədov,

    YAP Tərtər rayon

    təşkilatının sədri

     

    Müəllif: Redaktor, 09:14

İsmarıclar bağlıdır.