Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Şəhid polkovnik-leytenant Soltan Məmmədovun adına sinif otağı verilib

    Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
    Tərtər rayonunda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Bu günlərdə Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi polkovnik-leytenant Soltan Məmmədovun adına sinif otağı verilib. Artıq bu gündən 8 C sinifi şəhidin adını daşıyacaqdır. Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.
    Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, Şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Abidə Kompleksini ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Sonra şəhidin adını daşıyan sinif otağında davam etdirilən tədbirdə qəhrəmanın həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.
    Tədbirdən sonra Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əslən Yevlax rayonundan olan şəhid polkovnik-leytenant Soltan Məmmədovun ailə üzvləri, rayonumuzdan olan veteranlar və qazilərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Qeyd edək ki, şəhid Soltan Məmmədov 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
    Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Soltan Məmmədov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub.Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Üç övladı yadigar qaldı.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamla-rına əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” me-dalları ilə təltif olunub.
    Tədbirdə şəhidin ailə üzvləri, veteranlar, qazilər şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Pre-zidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.