Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Rayon rəhbəri Qarabağ Regional Təh-sil İdarəsinin müdiri ilə birlikdə Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə və 5 saylı körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, məktəbin və məktəbəqədər təhsil müəssisəsinin kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib. Şəhər 5 saylı körpələr evi-uşaq bağçasında görülən işlərdən, uşaqların təlim və tərbiyəsindən razı qaldıqları, bağçada işlərin yüksək səviyyədə qurulduğu bildirilib. Sonra onlar tikilməkdə olan şəhid Şikar Şikarov adına 360 şagird yerlik şəhər 5 saylı, son tamamlama işləri aparılan şəhid Aqil Məmmədov adına 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbinin, uzun illər qəzalı vəziyyətdə olan rayonun şəhid Vüqar Əkbərov adına Qazyan və Bəyimsarov kənd körpələr evi-uşaq bağçaları üçün tikilən 50 yerlik yeni binaların inşası ilə tanış olublar.
    Şıxarx 2 saylı tam orta məktəbində Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun sədrliyi ilə rayonun ümumtəhsil məktəbləri direktorlarının və məktəbəqədər tərbiyə müəssisələri müdirlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

     

    Müəllif: Redaktor, 10:39

İsmarıclar bağlıdır.