Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 647 nəfər şagird XI sinfi, 899 nəfər şagird isə IX sinfi bitirir. Son zəng tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
    Tərtər şəhər 1 saylı, 5 saylı, 6 saylı tam orta məktəblərində və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə tədbir iştirakçılarını salamlayıb. Müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıb, gələcək işlərində uğurlar diləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılmasına, təhsil müəssisələrinin əsaslı təmirinə, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisinə, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildirib. Rayonumuzda təhsil sahəsində əldə edilən uğurlardan və görülən işlərdən ətraflı danışıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanının yerdə qalmadığını qeyd edib, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışıb. Çıxışının sonunda rayon rəhbəri bir daha məzunları təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıb.

    Müəllif: Redaktor, 10:49

İsmarıclar bağlıdır.