Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Həftə ərzində keçirilən görüşlərdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
    Təsdiq olunmuş qrafik üzrə keçirilən qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.
    Sakinlər Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosialiq-tisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər Rayon İcra Hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
    Qeyd edək ki, bütün keçirilən görüşlərin əsasında Prezi-dent İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu dayanır.

     

    Müəllif: Redaktor, 10:52

İsmarıclar bağlıdır.