Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    Vətəndaş məmnunluğu təmin olunub

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun İsmayılbəyli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP Rayon Təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin və bulağın önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
    Görüşdə çıxış edən rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən danışıb. Vətən müharibəsində qazanılan Zəfərin insanlarda doğurduğu ruh yüksəkliyini diqqətə çatdırıb, həmçinin, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyan barədə məlumat verib. Bildirib ki, Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışıb. O, Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tovsiyə edib.
    İcra başçısı İsmayılbəyli kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, son dövrdə kənddə görülmüş işlərdən də danışıb. Bildirib ki, İsmayılbəyli kəndinə gələn yol asfaltlanıb, yol kənarları abadlaşdırılıb, ərazidə 250 ədəd ağac əkilib. Kənddə əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə subartezian quyusu qazılıb, küçələrdə 16 ədəd bulaq quraşdırılıb. 2021-ci ildə kənddə 1 ədəd yeni subartezian quyusunun qazılması layihəyə salınıb, yaxın vaxtlarda quyunun qazılmasına başlanılacaq. Qeyd olunub ki, görülən işlərlə yanaşı kənddə bir sıra problemlər də var. Belə ki, elektrik naqillərinin kabelləşdirilməsinə, telefon xətlərinin dəyişdirilməsinə, yeni nömrələrin verilməsinə və internet istifadəçilərinin sayının artırılmasına ehtiyac var.
    Sonra vətəndaşların müraciətləri dinlənilib.
    Sakinlər işlə təmin olunma, özünüməşğulluq problemlərinin həll olunması, həyətyanı və icarəyə torpaq sahəsi veril-məsi, elektrik dirəklərinin dəyişdirilməsi, içməli su problemi və digər məsələlər barədə müraciət ediblər.
    Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, bəziləri barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Qəbulda vətəndaş məmnunluğu təmin olunub.
    Sakinlər onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 11:19

İsmarıclar bağlıdır.